Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğinin müəyyən edilməsi haqqında Qərar № 34

05.02.2019 10:03

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün

icarə haqqının minimum məbləğinin müəyyən edilməsi haqqında

Qərar № 34

Bakı şəhəri, 5 mart 1999-cu il

«Icarə haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 yanvar tarixli 66 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

A.RASI-ZADƏ.

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 5 mart tarixli
34 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün
icarə haqqının minimum məbləği

manatla

Qeyri-yaşayış sahəsinin təyinatı

1 m2 sahənin illik icarə haqqı tarifi

Bakı şəhəri ərazisində yerləşən sahələr üzrə

Respublikanın digər şəhər və rayonlarında yerləşən sahələr üzrə

1-ci və yuxarı mərtəbə

zirzəmi, yarımzirzəmi, çardaq

1-ci və yuxarı mərtəbə

zirzəmi, yarımzirzəmi, çardaq

1

2

3

4

5

6

 

Büdcə vəsaiti hesabına maliyyələşdirilən müəssisələrin, incəsənət və mədəniyyət obyektlərinin, yaradıcılıq emalatxanalarının, sənətkarların icarəsindəki sahələr*

6000

4000

3000

2000

 

Ictimai və siyasi təşkilatlar, dini və xeyriyyə təşkilatları, əmtəə birjaları, təhsil, səhiyyə, idman və istehsal təyinatlı sahələr

10000

7000

5000

3500

 

Poçt xidməti və kütləvi informasiya fəaliyyəti məqsədilə icarəyə götürülən sahələr

19000

13000

10000

7000

 

Kitab mağazalarının icarəsindəki sahələr

6000

4000

3000

2000

 

Kommersiya, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin icarəsindəki sahələr və 1—4-cü bəndlər üzrə əgər sahədən təyinatı üzrə istifadə edilməzsə

19000

13000

10000

7000

 

Xarici səfirliklərin, diplomatik nümayəndəliklərin icarəyə götürdüyü sahələr

150000

100000

45000

30000

 

Nizamnamə kapitalında xarici investorların payı 50 faiz və daha çox olan müəssisələrin, tamamilə xarici investorlara məxsus olan müəssisələrin, xarici hüquqi şəxslərin filialları və nümayəndəliklərinin və xarici fiziki şəxslərin qeyri-istehsal məqsədilə icarəyə götürdüyü sahələr

30000

20000

15000

10000

 

Nizamnamə kapitalında xarici investorların payı 50 faiz və daha çox olan müəssisələrin, tamamilə xarici investorlara məxsus olan müəssisələrin, xarici hüquqi şəxslərin filialları və nümayəndəliklərinin və xarici fiziki şəxslərin istehsal məqsədilə icarəyə götürdüyü sahələr

20000

14000

10000

5000

Icarə haqqının minimum məbləğinin hesablanması zamanı icarə haqqı tarifinə icarəyə götürülən sahənin yerləşdiyi əraziyə görə zona əmsalı (Zə), sahənin tarix və mədəniyyət abidəsində yerləşdiyini nəzərə alan memarlıq əmsalı (Mə) tətbiq edilir:

— zona əmsalı icarəyə verilən dövlət əmlakının yerləşdiyi əraziyə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə»də verilmiş zonalar üzrə aşağıdakı kimi qəbul edilir:

Bakı şəhəri

Zona nömrəsi

Zona əmsalı

1,2

3,5

3

3,3

4

2,8

5

2,0

6

2,3

7

1,8

8

1,2

9

1,8

10, 11

1,2

12

şəhərdaxili — 1,7

şəhərkənarı qəsəbələr — 1,2

Sumqayıt və Gəncə şəhərləri

Zona nömrəsi

Zona əmsalı

1

2,0

2

1,8

3

1,6

4, 5, 6

1,5

Əli Bayramlı, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki şəhərləri

Zona nömrəsi

Zona əmsalı

1

1,5

2, 3

1,3

4

1,2

Naftalan, Şamaxı, Qazax, Şəmkir, Səlyan, Quba, Xaçmaz, Zaqatala, Göyçay şəhərləri

Zona nömrəsi

Zona əmsalı

1

1,3

2, 3

1,2

Digər rayonlar

Zona nömrəsi

Zona əmsalı

1

1,2

2

1,0

İcarəyəverən Bakı şəhərində qeyri-istehsal sahələrinin metro, vağzal və mərkəzi meydanlar yaxınlığında yerləşməsindən asılı olaraq alıcılıq axınının intensivliyini nəzərə almaqla zona əmsalını 0,3 əlavə etməklə yüksəldə bilər.

Tarix və mədəniyyət abidələrinə aid binalarda yerləşən yerüstü sahələr üzrə 1 m2 sahənin illik icarə haqqı əlavə olaraq 1,2 əmsalına (memarlıq əmsalı) vurulur.

Beləliklə, 1 m2sahə üzrə icarə haqqının minimum məbləği aşağıdakı düsturla hesablanır:

Im = Tm x Zə x Mə

Im — icarə haqqının minimum məbləği, Tm — müəyyən edilmiş icarə haqqı tarifidir.

Icarə haqqı tarifi cədvəlindəki 1, 2, 3, 6, 7 və 8-ci qrupa daxil olan sahələr üzrə icarə haqqı hesablanarkən zona əmsalı tətbiq edilmir.

Memarlıq əmsalı 1,2 qəbul olunur və yerüstü sahələrə tətbiq edilir.

Sahəsi 500 m2-dən çox olan, ancaq anbar kimi istifadə olunan sahə üzrə icarə haqqı hesablanarkən 500 m2-dən artıq sahənin icarə haqqı adi qaydada hesablanmış icarə haqqının 50 faizi miqdarında müəyyən edilir.

Talvar sahələri və metal konstruksiyadan quraşdırılmış sahələr üzrə icarə haqqı adi qaydada hesablanmış icarə haqqının 50 faizi miqdarında müəyyən edilir.

Icarəçi icarə sahəsini təyinatına görə istifadə etmədikdə icarə haqqı sahənin təyinatına görə müəyyən olunur.

Bu qərarla müəyyən edilmiş icarə haqqının minimum məbləğində əlavə dəyər vergisi nəzərə alınmamışdır.

Müəyyən edilsin ki, «Azərbaycan Respublikasında dövlət əmlakının icarəyə verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 19 avqust tarixli Fərmanına uyğun olaraq icarə haqqının müvafiq hissəsi icarəçi tərəfindən bilavasitə icarəyə verilən daşınmaz əmlakı balansında saxlayan müəssisəyə ödənilir.

* Sənətkarlara və yaradıcılıq emalatxanalarında fəaliyyət göstərən icarəçilərə bu qrup üzrə icarə haqqı Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və yaradıcılıq ittifaqları tərəfindən verilmiş müvafiq sənəd əsasında müəyyən edilir.

** Büdcədən maliyyələşən təşkilatların inzibati binasında yerləşən və onların işçilərinə xidmət edən bu bölmə üzrə fəaliyyət göstərən icarəyə verilmiş sahənin icarə haqqı icarədar tərəfindən 25 faiz azaldılır.