Korporativ Sosial Məsuliyyət


  • Mərkəzin dövlət və cəmiyyət qarşısında müəyyən öhdəlikləri və məsuliyyəti vardır ki, bunlardan qaçmaq mümkün deyil. Korporativ sosial məsuliyyət isə könüllülük prinsipi əsasında Mərkəzin həyata keçirdiyi layihələrin toplusudur. Tək iqtisadiyyatın deyil, həm də cəmiyyətin hərtərəfli və davamlı inkişafı üçün Mərkəz təlim və inkişaf sistemi qurmuşdur və illik təlim planına əsasən işçilərinin maarifləndirilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsinə xüsusi önəm verir.

  • Mərkəz idarəetməsində olan müəssisələr üzrə korporativ sosial məsuliyyət istiqamətində sənəd dövriyyəsinin düzgünlüyünün, Mərkəzin sənədləşməsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğunluğunun yoxlanılması məqsədilə 2023-cü ildən etibarən yoxlamalar apararaq, sənədləşmə prosesindəki nöqsanlar aşkar edildiyi halda müəssisə rəhbərləri tərəfindən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür və bu layihəni uğurla davam etdirir.