Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi (bundan sonra – Mərkəz) - dövlət əmlakının özəlləşdirilməsi prosesində idarəetməsinə verilmiş dövlətə məxsus hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisələri) və obyektlərinin idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, əmlaklarının qorunub saxlanılması, rəqabət qabiliyyətliliyinin, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması, özəlləşdirilməyə hazırlanması, özəlləşdirilənədək dövlət əmlakından səmərəli istifadə olunması üçün dövlət müəssisələrinin fəaliyyətlərinin əlaqələndirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindəki...