Dövlət müəssisələri və obyektlərinin idarə edilməsi və fəaliyyətinin təkmilləşdirilməsi
Dövlət müəssisələri və obyektlərinin əmlaklarının qorunub saxlanılması
Dövlət müəssisələrinin rəqabət qabiliyyətliliyinin, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması
Dövlət müəssisələri və obyektlərinin özəlləşdirilməyə hazırlanması
Dövlət müəssisələri və obyektlərinin özəlləşdirilənədək dövlət əmlakından səmərəli istifadə olunması
Hərrac elanı və özəlləşməyə çıxarılan dövlət əmlakları barədə məlumat hərrac gününə ən azı 30 (otuz) gün qalmış İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (www.emlak.gov.az) və mətbuatda dərc olunur. Özəlləşdirmə portalında (www.privatization.az) hərraca çıxarılmış dövlət əmlaklarının mövcud vəziyyətini əks etdirən fotolar və mətn məlumatları ilə tanış olmaq mümkündür. Özəlləşmədə iştirak etmək istəyənlər hərracın keçiriləcəyi tarixə ən geci 3 bank günü qalanadək seçim edib, qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü sifarişçilərin həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə özəlləşmədə iştirakı təmin edilir.
Sifariş verilən əmlaklara dair hərraclar onların yerləşdiyi rayon və şəhərlərdə keçirilir. Hərrac zamanı iştirakçılar müvafiq ünvanlara getməklə yanaşı, onlayn hərrac vasitəsi ilə olduqları məkandan hərraca qoşula bilərlər. Həm canlı, həm də onlayn hərrac bir sistem üzrə aparılır. Elektron hərraca qoşulmaq üçün hərrac başlayan zaman Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (www.e-emlak.gov.az) daxil olub və təqdim olunan elektron xidmətlər siyahısından “Elektron hərrac” xidmətini seçmək lazımdır. Hərraca qeydiyyat zamanı Hərracların Təşkili Mərkəzi tərəfindən verilən məlumatlar əsasında giriş edib hərracda iştirak etmək mümkündür.
Respublika üzrə daşınmaz əmlakın mövcudluğu barədə arayışı əldə etmək üçün Əmlak Xidmətləri Məkanına və ya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin müvafiq rayon üzrə ərazi idarəsinə yaxınlaşmaq lazımdır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) 15-ci sıradakı “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidmətinə daxil olmaqla onlayn formada da adına daşınmaz əmlakın olub olmaması ilə bağlı arayış əldə etmək mümkündür.
Hərrac elanı və özəlləşməyə çıxarılan dövlət əmlakları barədə məlumat hərrac gününə ən azı 30 (otuz) gün qalmış İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (www.emlak.gov.az) və mətbuatda dərc olunur. Özəlləşdirmə portalında (www.privatization.az) hərraca çıxarılmış dövlət əmlaklarının mövcud vəziyyətini əks etdirən fotolar və mətn məlumatları ilə tanış olmaq mümkündür. Özəlləşmədə iştirak etmək istəyənlər hərracın keçiriləcəyi tarixə ən geci 3 bank günü qalanadək seçim edib, qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü sifarişçilərin həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə özəlləşmədə iştirakı təmin edilir.
Sifariş verilən əmlaklara dair hərraclar onların yerləşdiyi rayon və şəhərlərdə keçirilir. Hərrac zamanı iştirakçılar müvafiq ünvanlara getməklə yanaşı, onlayn hərrac vasitəsi ilə olduqları məkandan hərraca qoşula bilərlər. Həm canlı, həm də onlayn hərrac bir sistem üzrə aparılır. Elektron hərraca qoşulmaq üçün hərrac başlayan zaman Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (www.e-emlak.gov.az) daxil olub və təqdim olunan elektron xidmətlər siyahısından “Elektron hərrac” xidmətini seçmək lazımdır. Hərraca qeydiyyat zamanı Hərracların Təşkili Mərkəzi tərəfindən verilən məlumatlar əsasında giriş edib hərracda iştirak etmək mümkündür.
Respublika üzrə daşınmaz əmlakın mövcudluğu barədə arayışı əldə etmək üçün Əmlak Xidmətləri Məkanına və ya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin müvafiq rayon üzrə ərazi idarəsinə yaxınlaşmaq lazımdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) 15-ci sıradakı “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidmətinə daxil olmaqla onlayn formada da adına daşınmaz əmlakın olub olmaması ilə bağlı arayış əldə etmək mümkündür.
e-gov.az
opendata.az
etender.gov.az
Daha ətraflı
Daha ətraflı
Xidmət ilə birbaşa əlaqə
Daha ətraflı
Daha ətraflı
Daha ətraflı
www.dxr.az