Əsas fəaliyyət

Korporativ idarəetmənin təşkili şöbəsi

Dövlət əmlakının idarə edilməsi, dövlət əmlakından təyinatı üzrə səmərəli istifadə olunması, dövlət müəssisə və obyektlərində özəlləşdirməqabağı sağlamlaşdırma və dövlət əmlakının özəlləşdirilməsinin təşkil olunması işlərinin həyata keçirilməsində iştirak edir.

Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
  1. Mərkəzin idarəetməsinə, tabeçiliyinə və balansına verilmiş dövlət müəssisələrində idarəetməni korporativ idarəetmə prinsiplərinə riayət olunmaqla təşkil edir;
  2. dövlət müəssisələrinin, dövlət əmlaklarının qorunub saxlanılması, özəlləşdirilməyə hazırlanması və zərurət yarandıqda müvafiq yerə daşınması sahəsində tədbirləri həyata keçirir;
  3. dövlət əmlakından səmərəli istifadə olunması üçün həmin dövlət müəssisələrinin özəlləşdirilənədək fəaliyyətini əlaqələndirir;
  4. tabeliyinə verilmiş dövlət müəssisələrinin, obyektlərinin və digər əmlakın səmərəli istifadə edilməsini təşkil edir;
  5. dövlət müəssisələrinin (cəmiyyətlərin) və obyektlərinin özəlləşdirməqabağı sağlamlaşdırılması və onların dövlətsizləşdirməyə hazırlanması sahəsində tədbirlər görür;
  6. dövlət əmlakının özəlləşdirilməsinin təşkil olunması işlərində iştirak edir;
  7. fəaliyyət istiqamətləri üzrə auditin, monitorinqlərin və araşdırmaların təşkili sahəsində tədbirlər həyata keçirir;
  8. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

Korporativ idarəetmənin təşkili şöbəsinin müdiri: Əskərov Əskər Hüseyn oğlu


Maliyyə və təminat şöbəsi

Mərkəzin mühasibatlıq və maddi-təminat istiqamətində fəaliyyətini təmin edir, Mərkəzin idarəçiliyində və tabeçiliyindəki qurumlarda daxili maliyyə auditinin aparılması, təsərrüfat fəaliyyətinin yoxlanılması və təminat işlərini həyata keçirir.

Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

  1. Mərkəzin maliyyə hesabatlarını “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları”na uyğun şəkildə tərtib edir və mühasibat uçotunu qeyd olunan standartlara əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparır;
  2. Mərkəzin idarəçiliyində və tabeçiliyində olan qurumların maliyyə və mühasibatlıq uçotunu, həmçinin maddi təminat istiqamətində fəaliyyətlərinə nəzarət edir, qeyd olunan fəaliyyətlərlə bağlı yaranacaq problemlərdə onlara köməklik göstərir;
  3. hər növbəti il üçün Mərkəzin gəlirlər və xərclərlə bağlı smetasını tərtib edir və təsdiq olunması üçün aidiyyəti üzrə təqdim edir;
  4. Mərkəzə dövlət büdcəsindən, dövlət əmlakı, obyekt və müəssisələri ilə bağlı bağlanılmış müqavilələr əsasında və qanunvericiliklə müəyyən olunmuş sair mənbələrdən daxil olmuş pul vəsaitlərinin uçotunu aparır və daxil olan vəsaitlərin müvafiq il üçün təsdiqlənmiş smeta əsasında səmərəli istifadəsini təmin edir;
  5. Mərkəzin balansında olan mal, material və avadanlıqların, qurğuların səmərəli istismar edilməsi, onların təmiri və qorunması ilə bağlı tədbirlər görür;
  6. Mərkəzin səmərəli fəaliyyəti üçün işçilərə lazımi iş şəraitinin yaradılmasını və zəruri olan mebel, ofis texnikası, avadanlıq və rabitə vasitələri, kargüzarlıq ləvazimatları ilə təchiz olunmasını təmin edir;
  7. Mərkəzin təchizat işlərinin aparılmasını, o cümlədən xidməti avtomobillərinin istismara yararlı vəziyyətdə saxlanmasını təşkil edir;
  8. Mərkəzin balansında olan istismar müddəti başa çatmış və istifadəyə yararsız olan avtomobillərin, mal, material və avadanlıqların qanunvericiliyə uyğun olaraq balansdan silinməsi ilə bağlı təkliflər hazırlayır;
  9. Mərkəzin inzibati binasının yanğından mühafizəsi və həmin binada sanitar gigiyenik normalara riayət olunması ilə bağlı tədbirlər görür;
  10. müvafiq sahənin inkişafını təmin edir;
  11. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

     

    Maliyyə və təminat şöbəsinin müdiri: Etibarlı Sərxan Etibar oğlu