İnsan resurslarına dair məlumatlar

Sənədlərlə iş və kadrlar şöbəsi

Mərkəzin struktur bölmələrinin, balansında, tabeliyində, idarəetməsində olan obyekt və qurumlarının işçilərinin fəaliyyəti ilə bağlı əmək qanunvericiliyi sahəsində qəbul edilmiş normativ hüquqi aktların, müvafiq qanunvericilikdə olan dəyişikliklərin tətbiqi, kargüzarlıq və arxiv işlərinin (bundan sonra –  müvafiq sahə) təşkilini və onların əlaqələndirilməsini təmin edir.

Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

  1. Müvafiq sahənin inkişafı üzrə tədbirlər planının layihəsini hazırlayır, təsdiq olunmuş tədbirlər planını həyata keçirir, o cümlədən yüksək ixtisaslı kadrlara olan tələbatı öyrənir və kadr hazırlığını təmin edir;
  2. Mərkəzin struktur bölmələrinin, balansında, tabeliyində, idarəetməsində olan obyekt və qurumlarının müvafiq sahədəki fəaliyyətinə əməli və metodiki rəhbərliyi həyata keçirir;
  3. Mərkəzin struktur bölmələrinin, balansında, tabeliyində, idarəetməsində olan obyekt və qurumlarının işçilərinin əmək şəraitinin yaxşılaşdırılmasını təşkil edir;
  4. Mərkəzdə kargüzarlıq, sənəd dövriyyəsi, arxiv işi və vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması sahələrində işlərin təşkilinin və təkmilləşdirilməsinin həyata keçirilməsini təmin edir;
  5. Elektron sənəd dövriyyəsinin təşkili istiqamətində aidiyyəti üzrə müvafiq tədbirlər görür və təkmilləşdirilməsi istiqamətində təkliflər verir;
  6. Məxfi kargüzarlığın - dövlət sirri təşkil edən məlumatların sənədləşdirilməsi- məlumat daşıyıcısının hazırlanması, göndərilməsi, qəbul edilməsi, baxılmaq üçün aidiyyəti üzrə verilməsi, sənədlərin çoxaldılması və çap olunması, qeydə alınması və uçotunun müvafiq qanunvericiliyə uyğun aparılmasını təmin edir;
  7. Məxfi məlumatların oğurlanmasının, saxtalaşdırılmasının, təhrif edilməsinin qarşısının alınması üçün tədbirlər görür;
  8. Sənəd qovluqlarının müəyyən olunmuş qaydada formalaşdırılmasını, sənədlərin tez tapılmasının təmin edilməsini, işlərin sistemləşdirilməsini, uçotunu, onların saxlanma müddətlərinin müəyyən edilməsini, gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsini təmin etmək və bu məqsədlə Mərkəzin işlərinin ümumi nomenklatur siyahısının tərtib edilməsi ilə bağlı şöbələrə təkliflər verir;
  9. Mərkəzin şöbələrindən sənədləri müvafiq qaydada arxivə qəbul etmək, onların saxlanmasını, saxlanma müddəti bitdikdən sonra müvafiq qanunvericiliyə uyğun olaraq dövlət arxivinə verilməsini, saxlanma müddəti bitmiş və arxivə verilməyən sənədlərin müvafiq akt əsasında məhv olunmasını təmin edir;
  10. Qanunvericiliklə və bu Əsasnamədə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

Sənədlərlə iş və kadrlar şöbəsinin müdiri: Mehdiyeva Şəhla Mayıl qızı