İR-a dair məlumatlar, karyera imkanları, Nəyə görə KİTKM?
Mərkəzin kadr siyasəti - vakant vəzifə yarandıqda həmin vəzifənin tutulması ilə bağlı Mərkəzin rəhbərinə təkliflərin verilməsi və aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsahibənin (ümumi və ya daxili) keçirilməsini, müsahibədən uğurla keçmiş namizədlərin işə qəbul edilməsini, yeni işə qəbul edilmiş şəxslərin peşəkarlığının artırılması və təcrübə keçməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin 26.08.202-ci il tarixli F-79 nömrəli əmri ilə təsdiq edilmiş “Yeni işçilərin Adaptasiya Qaydaları”-na uyğun fəaliyyət planlarının təşkili və nəzarəti, rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması işinin təşkilini, ali və orta ixtisas təhsil müəssislərindən istehsalat təcrübəsinə buraxılan tələbələrin Mərkəzdə təcrübə keçərək bilik və bacarıqlarının təkmilləşdirilməsini, insan kapitalının inkişafı və insan potensialının artırılması sahəsində tədbirlərin hazırlanmasını və həyata keçirilməsini, karyera inkişaf planını, xidməti fəaliyyətinin stimullaşdırılması, o cümlədən mükafatlandırılması ilə bağlı tədbirlərin görülməsini, təlimə olan tələbatının müəyyən edilməsini və onların peşə və ixtisas üzrə biliklərinin artırılması məqsədilə təlimlərə göndərilməsinin və ya əlavə təhsil almasının təşkilini, Mərkəzin strukturuna daxil olan qurumlarda kadrlarla işin vəziyyətinin yoxlanılmasını, kadr hesabatlılıq sisteminin qurulmasını, həmin qurumlarda əmək qanunvericiliyinin icra vəziyyətinin öyrənilməsini və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması barədə təkliflərin hazırlanmasını, İllik iş planına daxil edilmiş hər bir tədbirin icrasını özündə əks etdirir.