İsalı Toğrul Fəxrəddin oğlu

“Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri

İsalı Toğrul Fəxrəddin oğlu 1987-ci il 5 dekabr tarixində Bakı şəhərində anadan olmuşdur.

2005-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsinə daxil olmuş, 2009-cu ildə həmin universitetin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisasını bitirmişdir.

2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə edilməsi fakültəsinə daxil olmuş, 2014-cü ildə həmin universitetin  Biznesin təşkili  idarə edilməsi ixtisasını bitirmişdir.

Özəl sektorda baş maliyyə inzibatçısı kimi çalışmışdır. 2019-2021-ci illərdə İqtisadiyyat Nazirliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-də auditor vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin 2021-ci il 2 noyabr tarixli əmri ilə “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 3 övladı var.