«Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
- müvafiq Qanunla təsdiq edilmiş Əsasnamənin 7.4-cü bəndində «müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş uyğun normativ-hüquqi akt» dedikdə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə» nəzərdə tutulur;
- müvafiq Qanunla təsdiq edilmiş Əsasnamənin 7.9-cu bəndinin 2-ci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi həyata keçirir;
- müvafiq Qanunla təsdiq edilmiş Əsasnamənin 4-cü və 5-ci bəndlərində, 7.2-ci yarımbəndinin 1-ci abzasında, 7.7-ci yarımbəndinin 1-ci və 2-ci abzasında, 7.9-cu bəndin 3-cü abzasında və 9-cu bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi həyata keçirir;
- müvafiq Qanunla təsdiq edilmiş Əsasnamənin 7.2-ci yarımbəndinin 1-ci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki:
- bir ay müddətində müvafiq Qanunla təsdiq edilmiş Əsasnamənin 7.11-ci yarımbəndini nəzərə alaraq səhmdar cəmiyyətinin səhmlərinin bir hissəsi dövlətdə qaldıqda cəmiyyətin ümumi yığıncağında iştirak etmək məqsədi ilə dövlət mülkiyyətində qalan səhmlərin sayına uyğun olaraq dövlət orqanlarının nümayəndələrinin təyin edilməsi qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- müvafiq Qanunla təsdiq edilmiş Əsasnamədən irəli gələn digər məsələləri həll etsin.
Heydər ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 dekabr 1996-cı il
№ 522