Tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

05.02.2019 10:01

 

Tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi haqqında    

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  

"Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq və ölkənin tikinti kompleksinin bazar iqtisadiyyatı prinsipləri əsasında inkişafını sürətləndirmək məqsədilə qərara alıram:

1. "Azərsutikinti" və "Azərsənayetikinti" açıq səhmdar cəmiyyətlərinin tərkibinə daxil olan müəssisə və obyektlər özəlləşdirilməyə açıq elan edilsinlər.

2. "Azərenerjitikintiquraşdırma" və "Azərnəqliyyatyoltikinti" açıq səhmdar cəmiyyətlərinin səhmlərinin dövlət mülkiyyətində olan nəzarət səhm zərfləri (51 faiz), "Azərkəndtikinti" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin dövlət mülkiyyətində olan məhdudlaşdırıcı hissəsi (25,5 faiz) özəlləşdirilməyə açıq elan edilsinlər.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu sərəncamla özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin, habelə səhmdar cəmiyyətlərin dövlət mülkiyyətində olan səhmlərinin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsini təşkil etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

  

   

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 aprel 2010-cu il