Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına dəyişikliklər edilməsi barədə Qərar № 220

05.02.2019 10:03

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına

dəyişikliklər edilməsi barədə

Qərar № 220

 

Bakı şəhəri, 28 noyabr 2005-ci il

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli, 1008 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

I. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına aşağıdakı dəyişikliklər edilsin:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli, 164s nömrəli sərəncamının mətnində ismin müvafiq hallarında verilmiş «Iqtisadi Inkişaf Nazirliyi» sözləri ismin müvafiq hallarında «Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi» sözləri ilə əvəz edilsin;

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 fevral tarixli, 32 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları»nın 2.2-ci, 2.3-cü və 2.4-cü bəndlərində «Iqtisadi Inkişaf Nazirliyi» sözləri ismin müvafiq hallarında «Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi» sözləri ilə əvəz edilsin;

3. «Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında Dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamənin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli, 69 nömrəli qərarının 3-cü və 4-cü bəndlərində, həmin qərarla təsdiq edilmiş «Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında Dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə»nin 3.1.1-ci və 3.1.8-ci bəndlərində ismin müvafiq hallarında verilmiş «Iqtisadi Inkişaf Nazirliyi» sözləri ismin müvafiq hallarında «Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi» sözləri ilə əvəz edilsin;

4. «Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 avqust tarixli, 140 nömrəli qərarının 3-cü bəndində «Iqtisadi Inkişaf Nazirliyi» sözləri «Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi» sözləri ilə əvəz edilsin;

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli, 67 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları»nın 2-ci, 4-cü, 5-ci və 7-ci bəndlərində ismin müvafiq hallarında verilmiş «Iqtisadi Inkişaf Nazirliyi» sözləri ismin müvafiq hallarında «Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi» sözləri ilə əvəz edilsin;

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli, 177 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin çöküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar»ın 2.5, 2.6, 2.7, 2.8, 2.9 və 2.11-ci bəndlərində, habelə həmin Qaydalara 1 və 2 nömrəli əlavələrin mətnində ismin müvafiq hallarında verilmiş «Iqtisadi Inkişaf Nazirliyi» sözləri ismin müvafiq hallarında «Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi» sözləri ilə əvəz edilsin;

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 iyul tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması Qaydaları»nın 2, 4, 6, 8, 9, 10, 11, 12 və 15-ci bəndlərində ismin müvafiq hallarında verilmiş «Iqtisadi Inkişaf Nazirliyi» sözləri ismin müvafiq hallarında «Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi» sözləri ilə əvəz edilsin;

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 27 noyabr tarixli, 234s nömrəli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli, 4 nömrəli Fərmanının həyata keçirilməsi Tədbirləri»nin 2-ci bəndinin ikinci abzasında «icraçılar» sütununda «Iqtisadi Inkişaf Nazirliyi» sözləri «Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi» sözləri ilə əvəz edilsin;

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 dekabr tarixli, 291s nömrəli sərəncamının 13-cü bəndində «Iqtisadi Inkişaf Nazirliyinə» sözləri «Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinə» sözləri ilə əvəz edilsin.

II. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

A. RASI-ZADƏ

Azərbaycan Respublikasının Baş Naziri