Azərbaycan Respublikasının Nazirlər Kabineti «Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin start qiymətlərinə tətbiq olunan əmsalların təsdiq edilməsi barədə» 1996-cı il 18 sentyabr tarixli, 126 nömrəli qərarına əlavələr edilməsi haqqında Qərar № 124

05.02.2019 10:03

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
«Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş

və tikintisi başa çatdırılmamış obyektlərin start qiymətlərinə

tətbiq olunan əmsalların təsdiq edilməsi barədə»

1996-cı il 18 sentyabr tarixli, 126 nömrəli
qərarına əlavələr edilməsi haqqında

Qərar № 124

 

Bakı şəhəri, 3 noyabr 1997-ci il

 

Özəlləşdirmə prosesinin gedişinin sür`ətləndirilməsi məqsədilə və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin start qiymətlərinə tətbiq olunan əmsalların təsdiq edilməsi barədə» 1996-cı il 18 sentyabr tarixli, 126 nömrəli qərarına aşağıdakı əlavələr edilsin:

a) birinci bəndə aşağıdakı abzaslar:

«Müəyyən edilsin ki, özəlləşdirilməsi nəzərdə tutulan, tikintisi başa çatdırılmamış perspektivsiz obyektlər onların tikintisinə sərf olunmuş istifadəyə yararlı tikinti materialları, konstruksiyaları və mə`mulatlarının inventarlaşdırılıb mövcud bazar qiymətləri ilə qiymətləndirilərək bu qiymətə yuxarıda təsdiq edilmiş əmsallar tətbiq edilməklə müəyyən edilmiş qiymətə satılır.

Özəlləşdirilməsi nəzərdə tutulan, tikintisi başa çatdırılmamış obyektlərin perspektivsizlik göstəriciləri» təsdiq edilsin (əlavə olunur)».

b) ikinci bənddən sonra aşağıdakı bənd:

«3. Nəzərə alınsın ki, tikintisi başa çatdırılmamış obyekt özəlləşdirildikdə həmin obyekt üçün ayrılmış torpaq sahəsindən istifadə edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrindən istifadə qaydaları haqqında» 1997-ci il 17 iyun tarixli, 63 nömrəli qərarı ilə tənzimlənir.»

v) qərara əlavənin birinci bəndindəki «Tikintinin sahəsi (hektarla) üzrə əmsal (Sə):» sözlərindən sonra «(ancaq Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərinin ərazisində yerləşən obyektlərə tətbiq edilir)» sözləri;

q) qərarın üçüncü bəndi dördüncü bənd hesab edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə tikintisi başlanmamış obyektlərin layihə-smeta sənədlərinə və satışı mümkün olmayan, tikintisi başa çatdırılmamış obyektlərə sərf olunan məsrəflərin silinməsi, habelə satışı mümkün olmayan, tikintisi başa çatdırılmamış obyektlərin müəyyən edilməsi göstəriciləri haqqında qaydaları bir ay müddətində hazırlayıb təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

 

A. RASI-ZADƏ.

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1997-ci il 3 noyabr tarixli
124 nömrəli qərarına
əlavə

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1996-cı il 18 sentyabr tarixli
126 nömrəli qərarı ilə
təsdiq edilmişdir

 

Özəlləşdirilməsi nəzərdə tutulan,
tikintisi başa çatdırılmamış obyektlərin perspektivsizlik
Göstəriciləri

 

1. Aşağıdakı göstəricilərin ən azı 3 (üçü) eyni zamanda olduğu halda tikintisi başa çatdırılmamış obyektlər perspektivsiz hesab edilir:

a) Yaşayış binaları, sosial-mədəni, məişətvə ictimai-iaşə obyektləriüzrə:

tikinti hazırlığı 15 (onbeş) faizdən az olduqda (müstəsna hallarda obyektin texniki vəziyyəti haqqında müstəqil ekspert rə`yinə əsasən 30 (otuz) faizə qədər götürülə bilər);

inşasına başlanma müddəti 10 (on) ildən artıq olduqda;

konservasiya üzrə işlər həyata keçirilmədikdə;

layihə həlli müasi rtələblərə uyğun gəlmədikdə.

b) Istehsalatobyektləri üzrə:

fəaliyyətdəolanmüəssisələrin ərazisində yerləşdikdə;

tikinti hazırlığı 15 (onbeş) faizdən a zolduqda (müstəsna hallarda obyektin texniki vəziyyəti haqqında müstəqil ekspert rə`yinə əsasən 30 (otuz) faizə qədər götürülə bilər);

inşasına başlanma müddəti 10 (on) ildən artıq olduqda;

konservasiya üzrə işlə rhəyata keçirilmədikdə;

layihə həlli müasir tələblərə uyğun gəlmədikdə.

 

A. HACIYEV.

Işləmüdiri