2023-cü ilin ilk 5 ayı ərzində 228 475 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,9% çoxdur.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur. 2023-cü ilin yanvar-may ayları ərzində 228 475 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,9% çoxdur.
Cari ilin ilk 5 ayı ərzindəki göstəricinin 34 977-si (15,3%) ilkin, 193 498-i (84,7%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı
2023-cü ilin ilk 5 ayı ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 20 565-i fərdi yaşayış və bağ evi, 38 325-i mənzil, 164 865-i torpaq sahəsi, 1 265-i qeyri-yaşayış binası, 3 121-i qeyri-yaşayış sahəsi, 288-i əmlak kompleksi, 46-sı isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 40 390-ı Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin ilk 5 ayında 188 216 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 74,2% çoxdur. 2023-cü ilin yanvar-may ayları ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19% artaraq 33 132 təşkil edib.