Komitə sədri vətəndaşların müraciətlərinə baxıb, onların təkliflərini dinləyib. Müraciətlərin böyük qismi daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı ilə, digər qismi isə dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, habelə komitənin digər fəaliyyət istiqamətləri ilə bağlı olub. Vətəndaşlar onların mülkiyyətində olan torpaq sahələrinə, yaşayış və qeyri-yaşayış sahələrinə çıxarışların alınması, texniki pasportların tərtibi və daşınmaz əmlaka dair digər hüquqi məsələlərlə bağlı müraciət ediblər. Eyni zamanda, bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Vətəndaşların bir qismi komitənin “kütləvi çıxarış” kampaniyasında iştirak və mobil ofis xidmətlərindən faydalanmaqla bağlı da müraciətlərini bildiriblər.
Komitə sədri müraciətlərdə qaldırılan bəzi məsələlərin operativ həlli üçün müvafiq göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, bu məsələlərin həlli üçün zəruri addımların atılacağı bildirilib. Araşdırma tələb olunan müraciətlər isə qeydiyyata alınıb və nəticələri barədə onlara məlumat veriləcəyi bildirilib. Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib.
Vətəndaşlar qəbul zamanı onlara göstərilən diqqətdən və müraciətlərinin təmin edilməsindən razılıqlarını bildiriblər.
Vətəndaş qəbulunun keçirilmə tarixi və yeri barədə öncədən müvafiq elan verilib və qeydiyyat üçün əlaqə vasitələri göstərilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən belə vətəndaş qəbullarının təşkili və vətəndaşların müraciətlərinə baxılması növbəti aylarda da davam etdiriləcəkdir.