Jurnalın bu sayında ilk məqalə Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə 2014-cü ildə sosial-iqtisadi inkişafın yekunlarına dair Nazirlər Kabinetinin iclası barədə olub. “2014 yeniliklər ili oldu” başlıqlı növbəti məqalə isə 2014-cü ildə komitənin mobil ofis xidmətləri, “kütləvi çıxarış” kampaniyası, eləcə də, elektron və onlayn xidmətlər və ünvan reyestri sahəsində tətbiq etdiyi yenilikləri əhatə edib.
Bu dəfəki nömrədə ölkə başçısının 2015-ci ilin 13 yanvar tarixində imzaladığı daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısını təsdiq edən Fərman, istifadəsiz torpaqlarla bağlı nəzərdə tutulan tədbirlər, əmlakın qeydiyyatında rekord, Gəncə və Şəkidə elektron kadastr məlumat bazasının yaradılması ilə bağlı yazılar yer alıb. Digər məqalələr isə paytaxtın “İçərişəhər”ində və Moskvada daşınmaz əmlak, özəlləşdirmə prosesində keçirilən hərraclar, xaricdə daşınmaz əmlak xəbərləri ilə bağlı olub. Eləcə də, daşınmaz əmlakla bağlı təhlillər və sual-cavablar, Bakıda daşınmaz əmlak bazarının dinamikası, mənzillərin qiymətinin dəyişməsi barədə məlumatlar əksini tapıb.
Jurnalın elektron versiyasına baxmaq üçün daxil olun: