Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Samuxda vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Samuxda vətəndaşları qəbul edib 30.01.2019 16:25

Eyni zamanda, bir neçə vətəndaş pay torpaqlarına, kənd təsərrüfatı təyinatlı torpaqlara çıxarış alınması ilə bağlı müraciətlərini bildirib. Bir sıra müraciət isə vaxtilə vətəndaşlara ayrılmış torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı olub. Digərləri torpaq sahələrinin təyinatı üzrə istifadəsi məsələlərinə aid olub. Həmçinin, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar.

Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatıdırılacağı vətəndaşlara bildirilib.

Torpaq məsələlərinə toxunan komitə sədri müvafiq qanunvericiliyə əsasən torpaqların hüquqi rejiminə və kateqoriyasına uyğun istifadəsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, torpaqların elektron uçotu ilə bağlı 07 mart tarixində dövlət başçısı tərəfindən müvafiq Fərman imzalanıb. Fərmanın məqsədi torpaqların faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaq və ondan daha səmərəli istifadəni təmin etməkdir. 2020-ci ilədək respublikanın bütün torpaqlarının elektron kadastr uçotu sisteminin yaradılması tapşırığı verilib. Bu istiqamətdə artıq komitə tərəfindən işlər aparılır, Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılmaqdadır.

Eyni zamanda, qeydiyyat sahəsində vətəndaş məmnunluğunun artırılması, rahat, çevik və əlçatan xidmətlərin təqdim olunması istiqamətində son illərdə zəruri işlərin həyata keçirildiyini xatırladıb. Bunlar qeydiyyat və torpaq idarəçiliyində “bir pəncərə” prinsipinin tətbiqi, elektron və onlayn xidmətlər, “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləridir. Bu səbəbdəndir ki, əhalinin qeydiyyata olan marağı da ilbəil yüksəlir.

Sədr komitənin struktur və qurum rəhbərlərinə vətəndaş müraciətlərinə həssas yanaşılması, qanunvericiliyə əsasən cavablandırılması, vətəndaşlara göstərilən xidmətlərdə operativlik və şəffaflığın təmin olunması barədə tapşırıqlarını verib.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib. Qəbulda iştirak edən vətəndaşlar qəbuldan razı qaldıqlarını bildirib və təşəkkürlərini ifadə ediblər.