Komitə sədri fəaliyyət sahələri üzrə elektron və onlayn xidmətlərin tətbiqini, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı məqsədilə prosedurların sadələşdirilməsini xüsusilə qeyd edib. Eyni zamanda, əmlak idarəçiliyində modern idarəetmə sistemi və innovativ üsulların tətbiqini, həyata keçirilən sosial yönümlü tədbirləri nəzərə çatdırıb.
Səfir səmimi qarşılanma, göstərilən isti münasibət və xoş ünsiyyət üçün komitə sədrinə minnətdarlığını bildirib. Cənab səfir ölkəmizdə həyata keçirilən quruculuq işləri və inkişaf templərinin onda xoş təəssürat yaratdığını vurğulayıb. O, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafını yüksək qiymətləndirdiyini qeyd edib. Daha sonra görüşdə komitə sədri və səfir dövlət əmlakının özəlləşdirilməsi, qeydiyyat və kadastr sahələrində ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.