Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən investisiya müsabiqəsi keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən investisiya müsabiqəsi keçirilib 30.01.2019 16:25

Müvafiq nazirlik və təşkilatlardan nümayəndələrin də daxil olduğu Müsabiqə Komissiyası təkliflərə baxdıqdan sonra açıq səsvermə yolu ilə müsabiqəsinin qalibini elan edib.

Qaliblə imzalanmış investisiya müqaviləsinin şərtlərinə uyğun olaraq, müsabiqə qalibi 410 min manat pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini öhdəsinə götürüb. İnvestisiya Proqramına əsasən, müəssisənin modernləşdirilməsi məqsədilə bir il ərzində müəssisəyə 1.040000 manat investisiya qoyuluşu həyata keçiriləcək.

İnvestisiyalar nəticəsində müəssisədə beton və beton məmulatlarının istehsalı ilə yanaşı, metalların qalvanikləşdirilməsi sexi təşkil ediləcək. Müəssisənin ərazisinin inşaat tullantılarından təmizlənməsi, müvafiq bina və qurğularda təmir və bərpa işlərinin həyata keçirilməsi təmin ediləcək. Həmçinin, işıq, qaz, su və kanalizasiya sisteminin yenidən qurulmasına, mexaniki sexin qurulmasına (pres avadanlığı, kəsmə və bükmə dəzgahları, kontakt qaynaq avadanlığı), eləcə də beton bloklar üçün yeni qəliblərin alınmasına yönəldiləcək. Eyni zamanda, müəssisədə 60-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulub. 

Qeyd edilməlidir ki, dövlət müəssisələrinin özəlləşdirilməsində başlıca məqsəd investorlar tərəfindən belə müəssisələrin restrukturizasiyası, modernləşdirilməsi, ixrac qabiliyyətli məhsul istehsalının təmin edilməsi, yeni iş yerlərinin açılması və nəticədə ölkənin sənaye potensialının artırılmasıdır.