Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Yardımlıda vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov  Yardımlıda vətəndaşları qəbul edib 30.01.2019 16:25

Qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün komitə sədri tərəfindən göstərişlər verilib. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatıdırılacağı vətəndaşlara bildirilib.

Komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə məmnunluğun və çevikliyin artırılması məqsədilə bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Mütəmadi olaraq “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin, daşınmaz əmlakın və torpaq sahələrinin qeydiyyatı və idarəçiliyi ilə bağlı “bir pəncərə” sisteminin tətbiq edildiyini və vətəndaşlara təmənnasız olaraq maarifləndirmə tədbirləri olan hüquqi məsləhət xidmətlərinin göstərildiyini vurğulayıb.

Torpaq idarəçiliyi və uçotu barədə məsələlər barədə məlumat verilib. Müvafiq qanunvericiliyə əsasən torpaqların hüquqi rejiminə və kateqoriyasına uyğun istifadəsi vurğulanıb. Dövlət başçısı tərəfindən imzalanmış müvafiq Fərmana əsasən Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılması barədə məlumat verilib. Bildirilib ki, bu tədbirlərin məqsədi torpaqların vahid elektron uçotunu aparmaq, faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaq və ondan daha səmərəli istifadəni təmin etməkdir.

Qəbul günü birbaşa müraciət edən vətəndaşların da komitə sədri tərəfindən müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib.