Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı
“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Zaqatala-Tütün” ASC-nin səhmlərinin pul hərracında satılmamış 30,00 faiz hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir. İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi olmuşdur.
Müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilmişdir. Azərbaycan Respublikasının müvafiq nazirlik və təşkilatlarından nümayəndələrin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən, hər iki iddiaçı iştirakçı statusunu əldə etmişdir.
Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə 18-20 dekabr 2013-cü il tarixlərində baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul etmişdir. Səsvermənin nəticələrinə uyğun olaraq, “Zaqatala-Tütün” ASC-nin səhmlərinin pul hərracında satılmamış 30,00 faiz hissəsinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilmişdir.
Müsabiqənin şərtlərinə müvafiq olaraq, müsabiqə qalibi 35 000 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən 6 ay ərzində 450 000 manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Nəzərdə tutulan investisiyalar fındıq emalı sexinin yaradılması, onun zəruri avadanlıq və texnologiyalarla, eləcə də xammal və dövriyyə vəsaitləri ilə təmin edilməsi, mebellərin sərgi-satış mərkəzinin yaradılması, işçilər üçün yeməkxana, soyunub-geyinmə və yuyunma otaqlarının qurulması və abadlıq-quruculuq işlərinə sərf ediləcəkdir.
İnvestisiya Proqramına əsasən, investisiya fəaliyyəti dövründə 20 yeni iş yerinin açılması da nəzərdə tutulmuşdur.