Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Dubay Ticarət və Sənaye Palatasının nümayəndə heyətini qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Dubay Ticarət  və Sənaye Palatasının nümayəndə heyətini qəbul edib 30.01.2019 16:25

Komitə sədri müasir yanaşmalar əsasında özəlləşdirmə prosesinin reallaşdırılması üçün qabaqcıl dünya təcrübəsinin öyrənildiyini, bu sahədə “Böyük dördlük” kimi tanınan şirkətlərin, eləcə də beynəlxalq maliyyə təşkilatlarının tövsiyələrinin nəzərə alındığını qeyd edib. Özəlləşdirmə prosesində müasir texnologiyaların, elektron xidmətlərin və innovativ üsulların tətbiq edildiyi, iqtisadiyyatın müxtəlif  sahələri üzrə yeni dövlət müəssisə və obyektlərinin özəlləşdirilməyə açıldığı, özəlləşdirmə üzrə hərracların müasir standartlar əsasında daha modern və operativ qaydada keçirilməsi bildirilib. Komitə sədri həmçinin görüşdə xarici dövlətləri təmsil edən, o cümlədən Birləşmiş Ərəb Əmirliklərindən olan potensial investorlar üçün Azərbaycanda münbit investisiya mühitinin olduğunu vurğulayıb. Həyata keçirilən özəlləşdirmə prosesində belə investorların və maraqlı tərəflərin fəal iştirakı üçün geniş imkanların yaradıldığı bildirilib.

Görüşdə Komitə tərəfindən digər təşkilatçılarla birlikdə 22-24 noyabr 2016-cı il tarixlərində Bakıda RecExpo II – Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin keçiriləcəyi barədə də məlumat verilib və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri Sərgidə iştirak etməyə dəvət edilib.

Qeyd edək ki, görüşdə ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Daşqın Şikarov də iştirak edib.  

Beləliklə, ikitərəfli görüş səmimi dostluq və mehribanlıq şəraitində keçib. Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliyi arasında ikitərəfli əməkdaşlıq çərçivəsində dövlət əmlakının özəlləşdirilməsi və investisiyaların cəlb olunması sahəsində geniş təcrübə və məlumat mübadiləsi həyata keçirilib.