Bu istiqamətdə Komitənin Almaniya Federativ Respublikasının Federal Maliyyə Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlığı mühüm yer tutur. Həmin əməkdaşlıq əlaqələri çərçivəsində 10 aprel 2014-cü il tarixində Bakı şəhərində “Sənaye və kənd təsərrüfatı müəssisələrinin özəlləşdirilməsi sahəsində Almaniya təcrübəsi” mövzusunda seminar keçirilib. Seminarda komitənin mərkəzi aparatının və müvafiq regionlarda fəaliyyət göstərən ərazi qurumlarının əməkdaşları iştirak ediblər. Tədbirdə bu sahədə beynəlxalq təcrübəyə malik almaniyalı ekspert çıxış edərək Almaniya və digər Avropa ölkələrinin təcrübələrinə istinadən sənaye və kənd təsərrüfatı müəssisələrinin özəlləşdirilməsinin üsulları, özəlləşdirmə təcrübəsinin müsbət tərəfləri və bu sahədə Azərbaycan və Almaniya təcrübələrinin müqayisəli təhlilindən bəhs edib.
Seminarda həmçinin dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində Almaniyada və digər Avropa ölkələrində qazanılmış təcrübənin Azərbaycanda tətbiqi imkanları barədə fikir mübadiləsi də aparılıb.
Tədbirlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Əmlak Məsələləri Dövlət Komitəsi bundan sonra da müvafiq istiqamətlər üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsini davam etdirəcəkdir.