7 mart tarixində hərraca çıxarılacaq əmlaklarla daha yaxından tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1360
Özəlləşdirilməsi təklif olunan obyektlər barədə daha ətraflı informasiya komitənin informasiya resursu olan (emdk.gov.az) və privatization.az saytında yerləşdirilir. Özəlləşdirmə portalı (privatization.az) sayəsində hərraclarda iştirak maksimum rahat və operativdir. Belə ki, portala daxil olmaqla hərraca çıxarılan müəssisə və obyektin start qiyməti, əvvəlcədən ödənilən 10% beh məbləği, obyektin ünvanı, fəaliyyət sahəsi və.s barədə geniş məlumat almaq olar. İstənilən fiziki və hüquqi şəxs vaxt itkisi olmadan, portal üzərindən əmlak haqqında məlumatları oxuyub, şəkillərinə baxdıqdan sonra sifariş verməklə hərraclara qatıla bilər. Portalda həmçinin özəlləşdirmə prosesi və ya hərraclarla bağlı yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılması məqsədi ilə “onlayn məsləhət pəncərəsi ” xidməti də fəaliyyət göstərir. Komitənin rəsmi youtube kanalını (https://goo.gl/OpYdB1) izləməklə keçirilən hərracların video görüntüləri ilə yaxından tanış olmaq olar.
Hərraclarda iştirak etmək üçün portalda (privatization.az) əmlaka sifariş verdikdən sonra müvafiq hərrac komissiyasına sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd; komitə tərəfindən təsdiq edilmiş formada sifariş; komitə tərəfindən müəyyən edilmiş behin hesaba köçürülməsini təsdiq edən sənəd hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim edilməlidir. Qeyd edək ki, hərracda iştirak edən, lakin qalib olmayan şəxs hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edib hərracdan qabaq ödədiyi behi geri ala bilər.
Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər özəlləşməyə çıxarılan əmlakla tanış olmaq üçün ƏMDK yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinə müraciət edə bilər. Ətraflı məlumat almaq üçün 193 saylı çağrı mərkəzi və ya 012 566-07-44 nömrəli telefon ilə əlaqə saxlamaq kifayətdir.
Hərraclar vasitəsilə özəlləşdirilən dövlət əmlaklarının üstün cəhəti ondan ibarətdir ki, bu əmlaklar mülkiyyət sənədi ( çıxarış ) ilə təmin olunurlar. Bundan əlavə həmin obyektlər orta və kiçik biznes qurmaq üçün tam əlverişlidir. Ümumiyyətlə dövlət əmlakının hərraclar vasitəsilə özəlləşdirilməsi sahibkarlığın inkişafına dəstək verir, bu sahəyə investorların cəlb edilməsinə şərait yaradır. Məhz özəlləşdirmənin əsas məqsədlərindən biri iqtisadiyyata investisiyalar, o cümlədən xarici investorlar cəlb etmək yolu ilə onun inkişafına nail olmaqdır.
Əmlak Məsələləri Dövlət Komitəsi sosial mediada, televiziya kanallarında hərracların geniş təbliğatını aparır, vətəndaşları, investorları özəlləşdirmə prosesində aktiv olaraq iştirak etməyə və əmlak sahibi olmağa dəvət edir.