Forumun əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan sahələr, özəlləşdirmədəki yeni yanaşmalar və ölkədəki investisiya mühiti barədə məlumatlandırmaq, onların bu prosesdə iştirakının genişləndirilməsi ilə bağlı praktiki addımların atılmasına təşviq etməkdən ibarətdir.
Forum çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanacaqdır.
İşgüzar Forumda iştirak etmək istəyən Kütləvi İnformasiya nümayəndələrinin 15 fevral tarixində, saat 10:00-da, “Boulevard Hotel Baku” mehmanxanasında olmaları xahiş olunur.