Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac baş tutub

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac baş tutub 30.01.2019 16:25

Hərracda fiziki və hüquqi şəxslər tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahələri paytaxtın  Binəqədi, Nərimanov, Suraxanı rayonlarında, eləcə də regionlarda Mingəçevir rayonunda yerləşir. Bu əmlakların sahəsi 20-60  kv.m. arasında dəyişir. Ən yüksək qiymətə özəlləşdirilmiş qeyri-yaşayış obyekti Mingəçevir rayonunda yerləşən əmlak olub. Hərracın qalibi bu əmlak üçün 100 min manat təklif edərək əmlakı əldə edib.

Hərracda özəlləşdirilmiş 7 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur. Portalda nəinki nəqliyyat vasitələri, eyni zamanda, hər bir kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, səhmdar cəmiyyətləri barədə ətraflı məlumatlar və göstəricilərlə, həmçinin yerləşdiyi ərazini göstərən xəritələri və fotolarla tanış olmaq mümkündür.

Ötən həftəki hərracdan etibarən Əmlak Məsələləri Dövlət Komitəsi keyfiyyət və məmnunluq səviyyəsini yüksəltmək məqsədilə hərracın sonunda vətəndaş məmnunluğu sorğusu keçirir. Bu dəfəki sorğuda hərracda əmlaka sifariş verən və qalib olan vətəndaşlarla yanaşı, müşahidəçi kimi gələn şəxslər də sorğuda iştirak edib. Onlar əmlaka sifariş proseduru, əmlaklarla tanışlıq, hərracın gedişatı, hərrac barədə ictimai məlumatlandırma ilə bağlı fikirlərini sorğu anketində bildiriblər. Sorğu nəticəsinə əsasən vətəndaşlar hərracda iştirak üçün müraciətin sadə olmasını qeyd ediblər. Vətəndaşların əksəriyyəti hərrac və əmlaklar barədə məlumatları komitənin özəlləşdirmə portalından əldə edir. Eyni zamanda, komitənin saytı və KİV vasitəsilə də məlumatlandıqlarını bildiriblər.

Maraqlanan və hərracın video-yazısını izləmək istəyən şəxslər komitənin rəsmi youtube kanalına (https://goo.gl/OpYdB1) daxil ola bilər.

Növbəti belə bir hərrac 21 fevral tarixində keçiriləcək. Bu tarixdə hərraca çıxarılacaq əmlaklar haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1242

Hər həftə keçirilən belə hərraclara paytaxt Bakı ilə yanaşı regionlarda olan kiçik dövlət müəssisələri, səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, dövlət nəfinə müsadirə edilmiş əmlaklar çıxarılır. Özəlləşməyə çıxarılan müəssisələr sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir. İstənilən hüquqi və fiziki şəxs hərraclarda iştirak edib əmlak sahibi ola bilər. Hərracda iştirak edən lakin qalib olmayan şəxs 10 gün ərzində komitəyə müraciət edərək behi geri ala bilər.

Hərraclarla bağlı yaranacaq hər hansı bir suala cavab tapmaq üçün (012) 566-07-44 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşları və investorları özəlləşmə prosesində aktiv iştiraka dəvət edir.