“Yerquruluşu, torpaq və şəhər kadastrı” ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə keçirilən imzalanma mərasimində çıxış edən universitetin rektoru, professor İbrahim Cəfərov əməkdaşlıq memorandumunun kadr hazırlığının müasir əmək bazarının tələblərinə uyğun təşkilində mühüm addım olduğunu və bu əməkdaşlığa görə Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinə öz təşəkkürünü bildirib. Komitənin İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinin müdiri Əyyub Məmmədov çıxış edərək qeyd edib ki, əməkdaşlıq memorandumu yüksəkixtisaslı mütəxəssis hazırlığında və müvafiq sahə üzrə məzunların işlə təmin olunmasında mühüm rol oynayacaqdır.
Sonra, qonaqlar universitetdə “Yerquruluşu, torpaq və şəhər kadastrı” ixtisası üzrə mütəxəssis hazırlığı üçün yaradılmış maddi-texniki baza ilə yaxından tanış olublar.