Bu il Özəlləşdirmə portalından 200 minə yaxın vətəndaş istifadə edib

Bu il Özəlləşdirmə portalından 200 minə yaxın vətəndaş istifadə edib 30.01.2019 16:25

Ziyarətçilər investisiya müsabiqəsi bölməsinə daxil olmaqla sənaye, aqrar, inşaat, səhiyyə, telekomnikasiya, nəqliyyat və digər sahələr haqqında məlumat ala bilərlər. Məlumatda hər bir sahəyə uyğun əmlaklar, onların adı, müəssisənin fəaliyyət sahəsi, onun imkanları, rəqibləri qeyd olunub. Bu isə investor üçün bazarı öyrənmək, yaxşı gəlir əldə etmək baxımından əlverişli şərait yaradır.  Eyni zamanda investorlar  Azərbaycana sərmayə yatırmaq üçün mühüm imkanlara malik olduğunu “Niyə Azərbaycan” bölməsinə daxil olmaqla öyrənə bilərlər.  

Statistikaya görə  istifadəçilərin ən çox oxuduğu  və ziyarət etdiyi  bölmə məhz hərraclar bölməsidir. Ölkə vətəndaşları ilə yanaşı Türkiyə, Rusiya, ABŞ, Fransadan da portalı izləyənlərin sayı kifayət qədərdir. Əcnəbi investorların portala marağının artması isə Azərbayacanda investisiya mühitinin daha da sağlaşmasına, xarici bazarlara çıxış imkanlarının artmasına, ixrac potensialımızın yüksəlməsinə şərait yaradır. Eyni zamanda bu ölkəmizdə yeni iqtisadi sahələrin formalaşmasına  gətirib çıxarır.

Xüsusilə qeyd edilməlidir ki, belə hərraclar təkcə paytaxtla kifayətlənmir. Respublikanın müxtəlif şəhər və rayonlarında da müxtəlif növ dövlət əmlakları özəlləşdirilir. Prosesin gedişatını onlayn izləmək olur. Özəlləşdirilən əmlaklar biznes və gəlir  məqsədləri üçün istifadə edilir. Özəlləşdiriliən əmlaklar  bölgələrdə yeni iş yerlərinin açılma imkanını yaradır. Bu isə orada yaşayan əhalinin yaşayış səviyyəsinə müsbət təsir edən amillərdəndir.

Ziyarətçilər portaldan istifadə edərkən özəlləşdirməyə açıq elan edilən müəssisələr haqqında ətraflı məlumat əldə edə bilir. Beləki, hərraca çıxarılan müəssisənin adı, ünvanı, nizamnamə kapitalı, ilkin start qiyməti kimi informasiyalar portalda əks olunub. Prosesdə isə səhmdar cəmiyyəti, kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsi kimi əmlaklar özəlləşdirilir. Hərraca çıxarılan əmlaklar haqqında məlumat “Hərraclar” bölməsində yerləşdirilir. Proses yekunlaşdıqdan sonra nəticələr portalın Nəticələr” bölməsində əks olunur. Bundan başqa ziyarətçilər keçiriləcək hərraclar haqqında məlumatları “Son xəbərlər” bölməsindən əldə edə bilərlər. Hərracların video yazıları portalın “şəkillər və video çarxlar” bölməsində yerləşdirilir. Eyni zamanda prosesin görüntülərinə baxmaq istəyən şəxsin həmin bölməyə daxil olması  kifayətdir.

Portalda həmçinin “onlayn məsləhət pəncərəsi” də fəaliyyət göstərir. Məqsəd isə özəlləşmə prosesində iştirak edən və potensial investorlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılmasıdır. “Onlayn məsləhət pəncərəsi” vasitəsilə hərracların vaxtı, çıxarılan əmlaklar, nəticələr və.s barədə suallar cavablandırılır. İstifadəçilər həftə içi 5 gün saat 9:00-dan 18:00-a qədər nahar fasiləsi və bayram günləri istisna olmaqla portal vasitəsilə onlayn məsləhət ala bilər. Qeyri iş günlərində ünvanlanan suallar isə növbəti iş günündə cavablandırılır.

Xatırladaq ki, hərraclar barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.