30.01.2019 16:25
Təsdiq edilmiş Dövlət Standartında ünvan nömrələrinin təyini prinsipləri (nəqliyyat infrastrukturu obyektlərinin başlanğıcından sonuna doğru nömrələmə prinsipi, məsafə prinsipi, giriş prinsipi, birləşmiş nömrə prinsipi), müxtəlif təyinatlı, yerləşmə vəziyyətlərinə görə fərqlənən daşınmaz əmlak obyektlərinin girişlərinə ünvanvermə ilə bağlı standartlar müəyyənləşdirilib.
Ünvan lövhələrinin hazırlanmasına və quraşdırılmasına qoyulan tələblər Dövlət Standartında əks olunub. Yeni nəqliyyat infrastrukturu obyektlərinin istifadəyə verildiyi, adı dəyişdirildiyi, nəqliyyat infrastrukturu obyektlərinin birləşdiyi (bölündüyü) hallarda müvafiq icra hakimiyyəti orqanının 3 gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinin bu barədə məlumatlandırılması qeyd edilib.
Daşınmaz əmlak obyektlərinin girişlərinin nömrələnməsinə dair mətn nümunələri, həmçinin nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin nümunələri də Dövlət Standartında öz əksini tapıb.
“Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsinə dair Dövlət Standartı”nın təsdiqi və qüvvəyə minməsi ölkəmizdə ünvanvermə işinin müasir tələblər çərçivəsində, sistemli şəkildə qurulması üçün normativ-hüquqi zəmin yaradır.
Dövlət Standartı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz: