İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müsair texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, işçilərin sosial təminatı kimi məsələlərin həllini özündə əks etdirən, həmçinin investisiya qoyuluşlarına dair təkliflərin verilməsi idi.
İnvestisiya müsabiqəsi 10 mart 2017-ci il tarixində keçirilmişdir. Müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təklifləri baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə fiziki şəxsi "Oğuz Şərab" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan etmişdir. Müsabiqənin şərtlərinə müvafiq olaraq, qalib şəxs dövlət bödcəsinə 80 min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, 18 ay ərzində möəssisəyə 440 min manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhtəsinə götörmöşdör. Nəzərdə tutulan investisiya qoyuluşları möəssisənin tam köhnəlmiş və yararsız vəziyyətdə olan tikili, avadanlıq və qurğularının demontajı, inzibati binanın təmir edilərək möasir mebel və avadanlıqlarla təchiz olunması, sexlərdən birində sərinləşdirici içki, daha birində isə konyak istehsalının təşkilinə yönəldiləcəkdir. Eyni zamanda "Oğuz Şərab" ASC-nin istifadəsində olan ərazinin bir hissəsində yeni üzüm bağları salınacaq, müəssisənin infrastruktur təminatı yaxşılaşdırılacaq, ərazisi abadlaşdırılacaqdır.Görüləcək işlər nəticəsində müəssisədə 40-dan artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.