Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov ilə Fransanın sabiq Baş naziri, cənab Dominik Dö Vilpən arasında görüş keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov ilə Fransanın sabiq Baş naziri, cənab Dominik Dö Vilpən arasında görüş keçirilib 30.01.2019 16:25

Komitə sədri bildirib ki,  təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Qeyd olunub ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən son dövrlər yeni layihələr həyata keçirilir, beynəlxalq əməkdaşlıq əlaqələrində, daşınmaz əmlak idarəçiliyi sahəsində yüksək nəaliyyətlər əldə edilir. Görüş çərçivəsində bildirilib ki, ölkəmizdə gerçəkləşən iqtisadi islahatlar nəticəsində bir sıra sahələrdə olduğu kimi dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının, ünvan reyestrinin aparılması, Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı işlər aparılır.

Komitə sədri həmçinin qarşı tərəfi maraqlandıran suallara da aydınlıq gətirib, xarici dövlətlərdən olan potensial investorların Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində fəal iştirakı üçün ölkədə münbit investisiya mühitinin olduğunu vurğulayıb.

Daha sonra Fransanın sabiq Baş naziri cənab Dominik Dö Vilpən öz həmvətənlərinin Azərbaycana investisiya yatırmaqda maraqlı olduğunu bildirib. Prezidenti olduğu “Villepin International” şirkətinin daşınmaz əmlakın kadastrı layihələri də daxil olmaqla biznes və idarəetmə sahəsində ixtisaslaşdığını qeyd edib. O daşınmaz əmlakın idarə edilməsi sahəsində qarşılıqlı əlaqələrin prespektivindən danışıb.

Sonda xatirə şəkli çəkdirilib.