Əlavə I
Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 6 iyun tarixliFərmanı
ilə təsdiq edilmişdir
AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT ƏMLAKININ İDARƏ
EDİLMƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ
DÖVLƏT PROQRAMI
Giriş
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində əldə edilmiş ictimai-siyasi sabitlik zəminində 1996-cı ildən etibarən Azərbaycan Respublikasında ardıcıl iqtisadi islahatlar həyata keçirilməyə başlanmış, iqtisadiyyatın dövlətsizləşdirilməsi və idarəetmə sistemində köklü dəyişikliklərin aparılması istiqamətində mühüm işlər görülmüşdür. Aparılan islahatlar iqtisadiyyatın idarə edilməsi sahəsində dövlətin inzibati müdaxiləsinin aradan qaldırılmasına, mülkiyyət üzərində inhisarçılığın və dövlətin təsərrüfatçılıq funksiyalarının məhdudlaşdırılmasına, sahibkarlığın və azad iqtisadi fəaliyyətin bərqərar olmasına, dövlətin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət etmişdir. Görülmüş işlər nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə dünya ölkələri arasında qabaqcıl yer tutur. Ölkədə azad bazar iqtisadiyyatı və sosial ədalət prinsiplərinə söykənən möhkəm təməlli iqtisadi sistem formalaşır.
Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatların gedişində dövlət əmlakının idarə edilməsinin yeni sisteminin formalaşdırılması sahəsində də müəyyən irəliləyişlərə nail olunmuşdur. Dövlət əmlakının idarə edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi funksiyalarını yerinə yetirən icra hakimiyyəti orqanlarının strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Ötən dövrdə dövlət əmlakının idarə edilməsi üzrə dövlət siyasətinin mühüm struktur elementi kimi əmlakın istifadə edilməsi və ona sərəncam verilməsi ilə bağlı institusional dəyişikliklərin həyata keçirilməsinə xüsusi diqqət yetirilmişdir.
Eyni zamanda, ölkədə əldə edilmiş yüksək iqtisadi artım şəraitində dövlət əmlakının idarə edilməsinin daha da təkmilləşdirilməsinə ehtiyac vardır. Mövcud idarəetmə mexanizmləri bəzi hallarda dövlət əmlakından səmərəli istifadəni və onun idarə edilməsi ilə bağlı əsaslandırılmış çevik qərarların qəbulunu təmin etmir. Dövlət müəssisə və şirkətlərində institusional yeniləşmələrin sürətləndirilməsinə, bu sahəyə potensial investorların daha geniş cəlb edilməsinə, institusional dəyişikliklərin gedişində şəffaflığın təmin olunmasına ehtiyac yaranır.
Qeyd edilənlərlə əlaqədar hazırkı şəraitdə dövlət əmlakının idarə edilməsi ilə bağlı məsələlərin həllinə yeni yanaşmaların tətbiq edilməsi, bu sahədə mövcud mexanizmlərin təkmilləşdirilməsi zərurəti yaranmışdır. Bu baxımdan, Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə dövlət əmlakının idarə edilməsi sahəsində əldə edilmiş təcrübəyə uyğun olaraq hazırlanmış «Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı» (bundan sonra - Dövlət Proqramı) dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılmasına xidmət edir.
I. Ümumi hissə
1. Dövlət Proqramının məqsədi və əsas vəzifələri
Dövlət Proqramının məqsədi dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılması, dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi yolu ilə dövlət müəssisələrinin rəqabət qabiliyyətini yüksəltməkdən və bütövlükdə iqtisadiyyatın daha dinamik inkişafına nail olmaqdan ibarətdir.
Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:
dövlət əmlakının idarəedilməsi sahəsində mükəmməl tənzimləmə mexanizmi yaratmaq;
dövlət müəsissə və təşkilatlarının istifadəsində olan əmlakın qorunub saxlanmasını və səmərəli istifadəsini təmin etmək;
təsərrüfat cəmiyyətlərində dövlətə məxsus səhmlərin (payların) idarə edilməsinin səmərəliliyini artırmaq;
dövlət əmlakının idarəetməyə verilməsi mexanizmini təkmilləşdirmək;
investisiyaların cəlb edilməsi yolu ilə dövlət müəssisələrinin inkişafına nail olmaq, onların özəlləşdirməqabağı sağlamlaşdırılmasını təmin etmək.
2. Dövlət Proqramının əsas istiqamətləri
Müəyyən olunmuş əsas vəzifələrə uyğun olaraq Dövlət Proqramında dövlət əmlakının idarə edilməsinin aşağıdakı istiqamətlərdə təkmilləşdirilməsi nəzərdə tutulur:
dövlət əmlakının idarə edilməsinin normativ hüquqi bazasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən uçot və qeydiyyat sisteminin yaradılması;
təsərrüfat cəmiyyətlərində dövlətə məxsus payların və səhmlərin idarə edilməsinin təkmilləşdirilməsi;
dövlət əmlakından istifadə edilməsinə nəzarət mexanizminin təkmilləşdirilməsi;
dövlət müəssisələrinin və təsərrüfat cəmiyyətlərinin restrukturizasiyası, sağlamlaşdırılması və özəlləşdirməyə hazırlanması;
dövlət müəssisələrinin özəlləşdirmədən sonra inkişafına nəzarət mexanizminin formalaşdırılması.
3. Dövlət Proqramının tətbiqindən gözlənilən nəticələr
Dövlət Proqramının icrasından aşağıdakı nəticələr gözlənilir:
dövlət əmlakının idarə edilməsinin səmərəli mexanizmlərinin formalaşdırılması;
dövlət əmlakının istifadəsindən dövlət büdcəsinə daxil olan vəsaitin həcminin artması;
dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, ondan səmərəli istifadə edilməsinə mükəmməl nəzarətin təmin edilməsi;
özəlləşdirilən dövlət müəssisələrinə cəlb edilən investisiyaların həcminin artması.
4. Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə
Tədbirlər Planı
4.1. Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə həyata keçirilməli olan konkret tədbirlərin siyahısı, onların icra müddəti və icrası üçün məsul orqanlar Dövlət Proqramının ayrılmaz hissəsi olan Tədbirlər Planında göstərilir.
4.2. Dövlət Proqramında, o cümlədən Tədbirlər Planında nəzərdə tutulan normativ hüquqi aktlar qəbul edilənədək və digər tədbirlər yerinə yetirilənədək dövlət əmlakının idarə edilməsi Dövlət Proqramında və hazırda qüvvədə olan qanunvericilik aktlarında müəyyən olunmuş qaydada həyata keçirilir.
5. Dövlət əmlakı və onun idarə edilməsinin əsasları
5.1. Dövlət Proqramının məqsədləri üçün dövlət əmlakı dedikdə, Azərbaycan Respublikasının mülkiyyətində olan daşınmaz və daşınar əşyalar, qiymətli kağızlar, habelə onlar üzərində əmlak və əşya hüquqları nəzərdə tutulur.
5.2. Dövlət əmlakının idarə edilməsi dövlət mülkiyyətində olan əmlak və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlətin adından həyata keçirilməsi, dövlət müəssisə və obyektlərinin, dövlət əmlakı əsasında fəaliyyət göstərən təsərrüfat cəmiyyətlərinin fəaliyyətinin dövlət siyasətinə uyğun olaraq tənzimlənməsi deməkdir.
5.3. Dövlət əmlakının idarə edilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının adından dövlət əmlakı üzərində sərəncam verilməsini həyata keçirən, dövlət müəssisələrinin əmlakına dair dövlətin adından mülkiyyətçi hüquqlarını təmsil edən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, öz səlahiyyətləri çərçivəsində digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, tabeliyində dövlət müəssisə və obyektləri olan idarəetmə orqanları iştirak edirlər.
5.4. Dövlət əmlakı Azərbaycan Respublikasının dövlət orqanlarına və dövlət büdcəsindən maliyyələşən qeyri-kommersiya təşkilatlarına onların vəzifə və funksiyalarının icrası, habelə dövlət müəssisələrinə onların təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən edilmiş qaydada istifadəyə verilir.
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət büdcəsindən maliyyələşən təşkilatlara təhkim edilmiş dövlət əmlakı onlar tərəfindən kommersiya məqsədləri üçün istifadə edilmir.
5.5. Kommersiya fəaliyyəti göstərən dövlət müəssisələrinə verilmiş əmlak onlar tərəfindən yalnız müəssisələrin nizamnamə məqsədlərinə uyğun olaraq istifadə edilir.
5.6. Dövlət əmlakı üzərində mülkiyyət hüquqlarının dəyişdirilməsi dövlət əmlakının özəlləşdirilməsini və bələdiyyə mülkiyyətinə verilməsini tənzimləyən qanunvericilik aktlarına uyğun həyata keçirilir, dövlət əmlakına sahiblik və istifadə hüquqlarının verilməsi, dövlət əmlakının balansdan silinməsi Dövlət Proqramına və müvafiq qanunvericiliyə uyğun aparılır.
5.7. Dövlət əmlakının idarə edilməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
dövlət əmlakının idarə edilməsində səmərəliliyin təmin edilməsi, dövlət mənafelərinin qorunması;
dövlət əmlakının idarə edilməsi prosesində müntəzəm hesabat və nəzarət sisteminin tətbiq edilməsi;
dövlət əmlakı haqqında vahid məlumat bazasının yaradılması;
idarəetmənin aşkarlıq və şəffaflıq şəraitində həyata keçirilməsi, onun üzərində dövlət və ictimai nəzarətin təmin edilməsi;
dövlət əmlakının idarə edilməsində qanunçuluğa riayət edilməsi;
idarəetmə prosesinə peşəkar kadrların cəlb olunması;
dövlət əmlakının idarə edilməsi prosesində müasir idarəçilik üsullarından və mütərəqqi maliyyə mexanizmlərindən istifadə edilməsi.
5.8. Dövlət əmlakının idarə edilməsi aşağıdakı yollarla və üsullarla həyata keçirilir:
dövlət müəssisələrinin yaradılması, idarəetmə orqanlarının formalaşdırılması;
dövlət müəssisələrinin və digər hüquqi şəxslərin nizamnamə kapitalına daxil olan dövlət əmlakından səmərəli istifadəyə nəzarət edilməsi;
dövlət əmlakına dair bağlanılmış əqdlərin qeydiyyata alınması və qanunvericiliklə müəyyən edilmiş hallarda onların bağlanılmasına razılıq verilməsi;
dövlət müəssisələrinə qanunvericiliklə müəyyən edilmiş hallarda onların fəaliyyətinin tənzimlənməsi üçün icrası məcburi olan göstərişlərin verilməsi;
təsərrüfat cəmiyyətlərində və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə dövlətə məxsus səhmlərin (payların) üzərində sərəncam verilməsi;
təsərrüfat cəmiyyətlərində və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin idarə edilməsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada iştirak edilməsi;
dövlət müəssisələrinin, onların əmlakının, habelə dövlətə məxsus səhmlərin (payların) idarəetməyə verilməsi.
5.9. Dövlət mülkiyyətində olan əsas vəsaitlərin qeyri-dövlət hüquqi şəxslərə və fiziki şəxslərə verilməsi Azərbaycan Respublikasının dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.
II. Xüsusi hissə
6. Dövlət hakimiyyəti orqanlarının və büdcədən maliyyələşən dövlət təşkilatlarının
istifadəsində olan dövlət əmlakının idarə edilməsi
6.1. Dövlət əmlakı Azərbaycan Respublikasının dövlət orqanlarına və dövlət büdcəsindən maliyyələşən təşkilatlara onların hüquq, vəzifə və funksiyalarının icrası məqsədi ilə verilir.
6.2. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, büdcədən maliyyələşən digər dövlət təşkilatlarının rəhbərləri istifadədə olan dövlət əmlakının qorunub saxlanılmasına, həmin əmlakdan yalnız qanunvericiliklə müəyyən edilmiş vəzifə, funksiya və hüquqların həyata keçirilməsi məqsədi ilə istifadə edilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.
6.3. Dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşən təşkilatların qanunvericiliklə nəzərdə tutulmuş fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan qeyri-yaşayış sahələri ilə təmin olunması zamanı inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçuları, habelə digər əsas və texniki işçi heyətinin ştat vahidi üçün normalar əsas götürülür və müvafiq texniki, köməkçi və digər əlavə qeyri-yaşayış sahələrinin ölçülərinin müəyyən edilməsi həmin təşkilatların profili və fəaliyyət istiqamətləri nəzərə alınmaqla həyata keçirilir.
6.4. Dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşən təşkilatların, dövlət müəssisələrinin və təsərrüfat cəmiyyətlərinin fəaliyyəti üçün lazım olmayan və yararsız olan əmlakın onların müraciətləri əsasında sərəncama götürülməsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən, qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş normativlər əsasında daşınmaz dövlət əmlakı obyektlərinin dövlət orqanlarına, müəssisə və təşkilatlarına verilməsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
6.5. Dövlət mülkiyyətində olan əsas vəsaitlərin, o cümlədən binaların və qeyri-yaşayış sahələrinin büdcədən maliyyələşən dövlət orqanları arasında bir-birinə verilməsi, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçirilir.
6.6. Dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli əsas vəsaitlərin digər dövlət orqanlarına və təşkilatlarına verilməsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları əsasında aparılır.
Dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli əsas vəsaitlərin meyar göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
6.7. Dövlət mülkiyyətində olan hüquqi şəxslərə məxsus əsas vəsaitlərin dövlət ehtiyacları üçün verilməsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçirilir.
6.8. Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən məsələnin zəruriliyi və məqsədəuyğunluğu göstərilməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilir. Qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciətə baxıldıqdan və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin yazılı rəyi alındıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul edir.
6.9. Eyni mərkəzi və ya yerli icra hakimiyyəti orqanı, habelə dövlət təşkilatları daxilində əsas vəsaitlərin bir struktur bölməsindən digərinə verilməsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin yazılı razılığı alındıqdan sonra həmin mərkəzi və ya yerli icra hakimiyyəti orqanının, dövlət təşkilatının qərarı əsasında həyata keçirilir.
6.10. Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin, ləğv olunmuş dövlət orqanlarının istifadəsində olmuş əmlakın digər dövlət orqanına verilməsi qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir.
6.11. Tikintisi başa çatdırılmamış obyektlərin verilməsi layihə-smeta və texniki-normativ sənədlərinin, habelə dövlət tərəfindən tikinti üçün ayrılmış fondlara dair sənədlərin obyektləri təhvil verən tərəfindən obyektləri qəbul edən tərəfə təqdim edilməsi ilə həyata keçirilir.
6.12. Dövlət əmlakının Registrindən çıxarış olmadan müəssisə və təşkilatların tabeliyindən asılı olmayaraq dövlət mülkiyyətində olan daşınmaz əmlakın verilməsinə yol verilmir.
6.13. Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi müvafiq qaydada təhvil-təslim aktlarının tərtib edilməsi, bu barədə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə məlumat verilməsi və dövlət əmlakının Registrində müvafiq qeydiyyatın aparılması ilə başa çatmış hesab olunur.
7. Dövlət müəssisələrinin və hüquqi şəxslərin nizamnamə
kapitalında dövlətə məxsus səhmlərin (payların) idarə edilməsi
7.1. Dövlət Proqramının məqsədləri üçün dövlət müəssisəsi dedikdə tamamilə dövlət mülkiyyətində olan, səhmlərinin (paylarının) və ya əmlakının 2/3 hissəsindən çoxu birbaşa və dolayısı dövlətə məxsus olan hüquqi şəxslər başa düşülür.
7.2. Dövlət müəssisələri bir qayda olaraq açıq və qapalı səhmdar cəmiyyətləri, habelə məhdud məsuliyyətli cəmiyyətlər formasında təsis olunur.
7.3. Azərbaycan Respublikası adından dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (səhmdarı, payçısı) kimi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi çıxış edir. Digər icra hakimiyyəti orqanları dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin idarə olunmasında Dövlət Proqramında nəzərdə tutulmuş şərtlərlə və qaydada iştirak edirlər.
7.4. Dövlət Proqramı qüvvəyə minənədək fəaliyyət göstərən dövlət müəssisələrinin təşkilati-hüquqi formasının qanunvericiliyə uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən təkliflər irəli sürülür.
7.5. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyə əsasən özəlləşdirilməsi qadağan olunmuş əmlak, müəssisə və obyektlər dövlət mülkiyyətində saxlanılır. Bununla yanaşı aşağıda göstərilən istiqamətlər üzrə dövlət müəssisələri yaradıla bilər:
özəlləşdirilməsi qadağan olunan sahələr, dövlət təhlükəsizliyinin təmin edilməsi, bu məqsədlə məhsulların (işlərin, xidmətlərin) istehsalı;
hərbi, müdafiə sənayesi, təhlükəsizlik, fövqəladə hallar və bu qəbildən olan sahələrə xidmət göstərilməsi;
dövlət təhlükəsizliyi ilə bağlı olan sahələrdə elmi və elmi-texniki fəaliyyətin həyata keçirilməsi;
mülki dövriyyəsi qadağan olunan, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılan) əşyaların istehsalı;
zəruri hallarda dövlət sirri haqqında qanunvericilikdən irəli gələn tədbirlərin həyata keçirilməsi;
sosial əhəmiyyət kəsb edən, dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin əhaliyə güzəştli qiymətlərlə təqdim edilməsi sahəsində fəaliyyət göstərilməsi;
qanunvericliklə nəzərdə tutulduğu hallarda və qaydada ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün dövlət ehtiyatlarının yaradılması;
qanunvericiliklə dövlət mülkiyyətində saxlanması məqsədəuyğun sayılan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər;
təbii inhisar sahələrində fəaliyyət göstərilməsi;
dövlətin sosial-iqtisadi proqramlarından irəli gələn məsələlərin həyata keçirilməsi;
qanunvericiliklə nəzərdə tutulmuş digər hallar.
7.6. Dövlət əmlakının özəlləşdirilməsinin aparıldığı sahələrdə fəaliyyət göstərəcək yeni dövlət müəssisələrinin yaradılmasına Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan müstəsna hallar istisna olmaqla yol verilmir.
7.7. Dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin yaradılması, yenidən təşkili, təşkilati-hüquqi formasının və adının dəyişdirilməsi, nizamnaməsində hər hansı dəyişikliklərin edilməsi, hüquqi şəxsin nizamnamə kapitalında dövlətə məxsus payın həcminin dəyişdirilməsi zamanı, qanunvericiliyin bu barədə qərar qəbul etməyə imkan verdiyi halda dövlət qeydiyyatı və digər dövlət qurumlarına müraciətlər Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
7.8. Öz vəzifə və funksiyalarına müvafiq olaraq yeni dövlət müəssisəsi və ya nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxs təsis edilməsi və ya Dövlət Proqramının 7.7-ci bəndində göstərilən digər tədbirlərin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edən icra hakimiyyəti orqanları bu barədə əsaslandırılmış təkliflə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər.
Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi bu bənddə göstərilən təklifi aldıqdan sonra 15 gün ərzində 7.7-ci bənddə göstərilən müraciətləri etməli, bu müraciətləri məqsədəuyğun hesab etmədiyi halda isə bunun səbəbləri və əsasları göstərilməklə təşəbbüslə çıxış etmiş icra hakimiyyəti orqanına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir. Bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti məsələ ilə bağlı qərar qəbul etməklə aşağı icra hakimiyyəti orqanlarına icrası məcburi olan göstərişlər verə bilər.
7.9. Dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (payçısı, səhmdarı) kimi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi aşağıdakı məsələləri həll edir:
7.9.1. öz idarəçiliyində olan dövlət müəssisələri və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslər barədə:
7.9.1.1. dövlət müəssisəsi olan hüquqi şəxsin səhmdarlarının (payçılarının) ümumi yığıncağının səlahiyyətlərinə aid olan bütün məsələlər üzrə qərarlar qəbul edir;
7.9.1.2. hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) üzrə həmin payların (səhmlərin) imkan verdiyi dərəcədə qanunvericiliyə uyğun olaraq hüquqi şəxslərin idarə edilməsi üzrə qərarlar qəbul edir;
7.9.2. digər icra hakimiyyəti orqanlarının idarəçiliyində olan dövlət müəssisələri barəsində həmin orqanların təklifləri əsasında:
7.9.2.1. hüquqi şəxsin nizamnaməsini, nizamnamə kapitalının həcmini və onlara edilən dəyişiklikləri təsdiq edir;
7.9.2.2. hüquqi şəxsin filial və nümayəndəliklərinin açılması, yenidən təşkili və ləğvi barədə qərarlar qəbul edir;
7.9.3. digər icra hakimiyyəti orqanlarının idarəçiliyində olan hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) üzrə həmin payların (səhmlərin) imkan verdiyi dərəcədə və idarəçiliyi həyata keçirən orqanın təklifləri əsasında Dövlət Proqramının 7.9.2-ci bəndində göstərilən məsələlər barəsində qanunvericiliyə uyğun olaraq qərarlar qəbul edir.
7.10. Dövlət müəssisələrinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) idarəçiliyini həyata keçirən icra hakimiyyəti orqanları aşağıdakı məsələləri həll edir:
7.10.1. Dövlət Proqramının 7.9.2-ci və 7.9.3-cü bəndlərində nəzərdə tutulmuş məsələlər üzrə təkliflər verir;
7.10.2. dövlət müəssisələrinin idarə edilməsi barədə:
7.10.2.1. idarəetmə orqanlarının üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir, müvafiq hallarda onlarla əmək müqavilələri bağlayır, onların səlahiyyətlərini müəyyən edir;
7.10.2.2. illik hesabatlarını, mənfəətin (zərərin) bölgüsünü təsdiq edir;
7.10.2.3. inkişaf istiqamətlərini və əməkhaqqı sistemini müəyyən edir, strukturunu təsdiq edir;
7.10.3. hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) üzrə həmin payların (səhmlərin) imkan verdiyi dərəcədə qanunvericiliyə uyğun olaraq Dövlət Proqramının 7.10.2-ci bəndində göstərilən məsələlər barəsində qərarlar qəbul edir.
7.11. Dövlət müəssisələrinin tabeliyinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) idarəçilik funksiyalarının dəyişdirilməsi, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunan qərar əsasında həyata keçirilir.
7.12. Dövlət müəssisələrinin tabeliyinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) idarəçilik funksiyalarının dəyişdirilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən məsələnin zəruriliyi və məqsədəuyğunluğu göstərilməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilir. Qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciətə baxıldıqdan və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin yazılı rəyi alındıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul edir.
7.13. Dövlət müəssisələrinin tabeliyinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) idarəçilik funksiyalarının dəyişdirilməsi, işçilərin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafeləri qorunmaqla, hüquqi şəxslərin bütün digər hüquq və öhdəlikləri tam həcmdə saxlanılmaqla həyata keçirilir.
7.14. Dövlət müəssisələrinin tabeliyinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) idarəçilik funksiyalarının dəyişdirilməsi müvafiq qaydada təhvil-təslim aktlarının tərtib edilməsi, bu barədə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə məlumat verilməsi və dövlət əmlakının Registrində müvafiq qeydiyyatın aparılması ilə başa çatmış hesab olunur.
7.15. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin razılığı olmadan dövlət müəssisəsinin əmlakı (naturada və ya pul şəklində) üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilən yüklülüklər müəyyən edilə bilməz.
7.16. Fəaliyyət məqsədlərinə nail olmağa təminat verən dərəcədə istifadəsində olan daşınmaz və daşınar əmlak üzərində dövlət müəssisəsinin sərəncam hüququ onun nizamnaməsində müəyyən edilmiş həddən artıq olmamalıdır.
7.17. Dövlət mülkiyyətində olan hüquqi şəxslərin əsas vəsaitlərinin bir-birinə verilməsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin razılığı alınmaqla Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
8. Daşınmaz dövlət əmlakının idarə edilməsinin xüsusiyyətləri
8.1. Daşınmaz dövlət əmlakı obyektlərinin mülki dövriyyəyə cəlb edilməsinə və öz təyinatına uyğun olaraq səmərəli istifadəsinə nail olmaq məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi:
daşınmaz dövlət əmlakının müntəzəm inventarlaşdırılmasını təşkil edir, qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət əmlakının Registrini aparır;
qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz dövlət əmlakı obyektlərini fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verir;
ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsinə yönəldilmiş kreditlərin təminatı kimi daşınmaz dövlət əmlakından istifadə olunması məsələlərinə baxır;
müəyyən edilmiş normativlər əsasında daşınmaz dövlət əmlakı obyektlərinin dövlət orqanlarının, müəssisə və təşkilatlarının balansına verilməsi, istifadə hüququ ilə təhkim olunması (icarəyə verilməsi) barədə təkliflər verir;
dövlət mülkiyyətində olan hüquqi şəxslərə məxsus əsas vəsaitlərin dövlət ehtiyacları üçün verilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimat verir;
mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, tabeliyində dövlət müəssisə və obyektləri olan idarəetmə orqanlarının, dövlət müəssisələrinin və təsərrüfat cəmiyyətlərinin fəaliyyəti üçün lazım olmayan və yararsız olan əmlakın onların müraciətləri əsasında sərəncama götürülməsi və səmərəli istifadə olunması istiqamətində tədbirlər görür;
daşınmaz dövlət əmlakının texniki pasportlarını tərtib edir.
9. Dövlət müəssisələrinin fəaliyyətinə və dövlət əmlakından
səmərəli istifadə edilməsinə nəzarət
9.1. Dövlət müəssisələrinin fəaliyyətinə birbaşa nəzarət onların idarəçiliyini həyata keçirən icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
9.2. Dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanmasına və ondan öz təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Nəzarətin həyata keçirilməsi məqsədi ilə dövlət müəssisələri və dövlət orqanları Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə hər il aprelin 1-dək əvvəlki il üçün xüsusi hesabat təqdim edir.
Xüsusi hesabatın forması və orada göstərilməli olan məlumatların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur.
9.3. Dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanmasına və ondan səmərəli istifadə olunmasına nəzarət məqsədi ilə hesabatlarda göstərilən məlumatların araşdırılması üçün ehtiyac olduqda Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi həmin müəssisələrdə monitorinqlər keçirir və onların nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, habelə zəruri hallarda müvafiq dövlət orqanlarına məlumat verir.
10. Dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması, dövlət əmlakının müqavilə əsasında idarəetməyə verilməsi və özəlləşdirməyə hazırlanması
10.1. Dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması
10.1.1. Dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması onların fəaliyyətinin bərpası, yenidən qurulması, özəlləşdirməyə hazırlanması, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, müasir texnologiyaların və investisiyaların cəlb edilməsi məqsədi ilə istehsal, texnoloji, təşkilati, idarəetmə və maliyyə sahələrində aparılan dəstəklənmə tədbirlərini nəzərdə tutur.
10.1.2. Dövlət müəssisələrinin iqtisadiyyatda rolu nəzərə alınmaqla, onların restrukturizasiyası və sağlamlaşdırılması barədə qərarlar müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilir və dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması müəssisə və təsərrüfat cəmiyyətləri, habelə idarəetmə orqanları tərəfindən hazırlanmış planlar əsasında həyata keçirilir.
10.1.3. Müəssisənin restrukturizasiyası və sağlamlaşdırılması planında müəssisənin bazardakı mövcud vəziyyəti, bazarın təhlili, yerinə yetirilməsi nəzərdə tutulan tədbirlərin məqsəd və vəzifələri, iş yerlərinin dinamikası, dövlətin, müəssisənin və işçilərin mənafeyi baxımından iqtisadi və sosial nəticələrin proqnozu, investisiya qoyuluşları, planın maliyyələşdirilməsi, müddətlər və digər məsələlər əks etdirilməlidir.
10.1.4. Dövlət müəssisələrinin və təsərrüfat cəmiyyətlərinin restrukturizasiyası və sağlamlaşdırılması ilə bağlı tədbirlər dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən qanunvericiliklə müəyyən edilmiş ayırmalar, müəssisələrin vəsaiti, beynəlxalq qurumların və xarici donor təşkilatların qrantı hesabına həyata keçirilir.
10.2. Dövlət əmlakının müqavilə əsasında idarəetməyə verilməsi
10.2.1. Dövlət əmlakının səmərəli istifadəsinin təmin edilməsi, dövlət büdcəsinin gəlirlərinin artırılması və ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədi ilə dövlət müəssisələri və dövlət əmlakı müqavilə əsasında idarəetməyə verilə bilər.
10.2.2. Dövlət müəssisələri və dövlət əmlakı, habelə hüquqi şəxslərin nizamnamə kapitalında olan dövlətin payı (səhmləri) müsabiqə yolu ilə idaretməyə verilir.
10.2.3 Dövlət əmlakının müqavilə əsasında idarəetməyə verilməsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
10.3. Dövlət əmlakının özəlləşdirməyə hazırlanması
10.3.1. Dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirməyə hazırlanması aşağıdakı qaydada həyata keçirilir:
müəssisələrin ölkə iqtisadiyyatındakı rolu və əhəmiyyəti nəzərə alınmaqla təsnifatlaşdırılır və özəlləşdirilməsi perspektivləri araşdırılır;
inventarlaşdırma və monitorinq aparılması yolu ilə müəssisələrin aktivləri və öhdəlikləri müəyyən edilir;
müəssisələrin maliyyə və təsərrüfat göstəricilərindən asılı olaraq idarəetmə üsulları seçilir;
dövlətin mənafeləri üçün əhəmiyyət kəsb etməyən, ziyanla işləyən və özəlləşdirmə perspektivləri olmayan müəssisələr zəruri hallarda qanunvericilikdə müəyyən edilmiş qaydada ləğv edilir;
zəruri hallarda özəlləşdirilməsi nəzərdə tutulan müəssisələrin restrukturizasiyası, sağlamlaşdırılması proqramları hazırlanır və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilərək həyata keçirilir.
10.3.2. Dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsinin üsulları qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir.
11. Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı
Sıra №-si |
Tədbirin adı |
Tədbirin məqsədi |
İcraçılar |
İcra müddəti (illər üzrə) |
1 |
2 |
3 |
4 |
5 |
1.Normativ hüquqi bazanın təkmlləşdirilməsi |
||||
1.1. |
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dövlət müəssisələrinin yaradılması və fəaliyyətini tənzimləyən müddəalarla əlaqədar əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsinin hazırlanması |
Dövlət əmlakının səmərəli idarə edilməsinin və dövlət əmlakı əsasında yaradılan müəssisələrin fəaliyyətinin tənzimlənməsi |
Ədliyyə Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
1.2. |
Dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanması |
Dövlət əmlakının səmərəli istifadə etmə və sərəncam vermə mexanizmlərinin formalaşdırılması üçün hüquqi əsasların yaradılması |
Ədliyyə Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
1.3. |
Dövlət əmlakının Registrinin aparılmasına dair mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi barədə müvafiq təkliflərin hazırlanması |
Dövlət əmlakı barədə dəqiq qeydiyyat məlumatlarının əldə edilməsinın operativliyinin və səmərəliliyinin artırılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
1.4. |
Dövlət əmlakının etibarlı idarəetməyə verilməsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması |
Dövlət əmlakının idarə edilməsinin hüquqi formalarının genişləndirilməsi |
Ədliyyə Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
1.5. |
Dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşən təşkilatların istifadəsinə verilən qeyri-yaşayış sahələrinin normativlərinin müəyyən edilməsi barədə təkliflərin hazırlanması |
Daşınmaz əmlakdan istifadənin səmərəliliyinin artırılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2007 |
1.6. |
Dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli əsas vəsaitlərin kəmiyyət və keyfiyyətcə xarakterizə edən meyar göstəricilərinin müəyyən edilməsi barədə təkliflərin hazırlanması |
Dövlət əmlakının verilməsi qaydalarının təkmilləşdirilməsi və istifadənin səmərəliliyinin artırılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
2.Dövlət əmlakının uçotu və qeydiyyatı sisteminin təkmilləşdirilməsi |
||||
2.1. |
Dövlət əmlakının inventarlaşdırılması və dəqiqləşdirilmiş məlumatların Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edilməsi |
Dövlət əmlakının qorunub saxlanması vəziyyətinin öyrənilməsi və müvafiq informasiya bazasının formalaşdırılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, müvafiq dövlət orqanları, müəssisə, idarə və təşkilatlar |
Hər il martın 30-dək |
2.2. |
Dövlət müəssisə və təşkilatları, nizamnamə kapitalında dövlətin payı və dövlətə məxsus səhm zərfləri olan təsərrüfat cəmiyyətləri haqqında sistemləşdirilmiş məlumat bankının yaradılması |
Dövlət əmlakının vəziyyətinə nəzarət və onun istifadəsi üzrə əsaslandırılmış qərarların qəbuluna şərait yaradılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, müvafiq dövlət orqanları |
2007 |
2.3. |
Dövlət Əmlakının Registri məlumatlarının toplanması, işlənməsi və sistemləşdirilməsi ilə əlaqədar işlərin sürətləndirilməsi və səmərəliliyin artırılması |
Dövlət əmlakı qeydiyyatının əhatəliliyi və sistemliyinin təmin edilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, müvafiq dövlət orqanları, müəssisə, idarə və təşkilatlar |
mütəmadi |
2.4. |
Hüquqi şəxslərin nizamnamə kapitalında dövlət paylarının inventarlaşdırılması |
Təsərrüfat cəmiyyətlərində dövlətin payı barədə informasiya bankının yaradılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, müvafiq dövlət orqanları |
2007 |
2.5. |
Dövlət idarə və təşkilatlarının istifadəsində olan daşınmaz əmlak obyektlərinin uçotunun və hesabatının təqdim edilməsi qaydalarının təkmilləşdirilməsi |
Daşınmaz əmlak obyektləri barədə informasiya təminatının yaxşılaşdırılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi |
2007 |
2.6. |
Xarici ölkələrdə Azərbaycan Respublikasına məxsus daşınmaz əmlakın tərkibi və vəziyyətinin monitorinqinin həyata keçirilməsi |
Xaricdə olan dövlət əmlakından istifadəyə nəzarətin həyata keçirilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi |
2007 |
2.7. |
Dövlət əmlakının idarə edilməsinin Milli Avtomatlaşdırılmış Əmlak İnformasiya Sisteminin təkmilləşdirilməsi |
Dövlət əmlakının idarə edilməsinin müasir informasiya texnologiyalarından istifadə etməklə çevik və səmərəli sisteminin qurulması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007-2008 |
2.8. |
Dövlət müəssisə və təşkilatlarının əmlakının və istifadəsində olan torpaq sahələrinin texniki inventarlaşdırılmasının həyata keçirilməsi, texniki pasport və planlarının tərtib olunması |
Dövlət əmlakının qorunub saxlanılmasının səmərəliliyinin artırılması, müvafiq informasiya bazasının formalaşdırılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi |
2007-2008 |
3. Dövlət müəssisə və təşkilatları tərəfindən dövlət əmlakından səmərəli istifadə edilməsinə nəzarətin gücləndirilməsi |
||||
3.1. |
Dövlət müəssisə və təşkilatlarında əmlakın mövcud vəziyyətinin və ondan istifadənin səmərəliliyinin araşdırılması məqsədi ilə monitorinqlərin keçirilməsi |
Dövlət əmlakının qorunub saxlanılması və istifadəsinin vəziyyəti barədə dolğun informasiya əldə edilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007-2010 |
3.2. |
Dövlət müəssisə və təşkilatlarının nizamnamələrinin (əsasnamələrinin) razılaşdırılması prosedurlarının təkmilləşdirilməsi |
Dövlət müəssisələrinin istifadəsində olan əmlakın səmərəli istifadəsi və qorunub saxlanılması üçün normativ əsasların formalaşdırılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
3.3. |
Dövlət Proqramı qüvvəyə minənədək fəaliyyət göstərən dövlət müəssisələrinin təşkilati-hüquqi formasının qanunvericiliyə uyğunlaşdırılması barədə təkliflər hazırlanması |
Dövlət müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi və fəaliyyətinin qanunvericiliyə uyğunlaşdırılması |
dövlət müəssisələri və onların idarəetmə orqanları, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi |
2007-2008 |
3.4. |
Dövlət müəssisələrinin rəhbərlərinin təyin edilməsi qaydalarının hazırlanması |
Dövlət əmlakının səmərəli istifadə edilməsi üçün təminatların formalaşdırılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
3.5. |
Dövlət müəssisə və təşkilatlarının maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarının təkmilləşdirilməsi |
Dövlət əmlakının idarə edilməsinin informasiya bazasının təkmilləşdirilməsinə və əmlakının qorunmasına təminat yaradılması |
Maliyyə Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
3.6. |
Dövlət müəssisələri və dövlət orqanları tərəfindən hesabat ili üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim olunan xüsusi hesabatın formasının və orada göstərilməli olan məlumatların siyahısının müəyyən edilməsinə dair təkliflərin hazırlanması |
Dövlət müəssisələrinin fəaliyyətinə və dövlət əmlakının qorunub saxlanılmasına və ondan öz təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarətin həyata keçirilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
3.7. |
Dövlət müəssisə və təşkilatları tərəfindən daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsinə dair müraciətlərə baxılması və razılıq verilməsi qaydalarının hazırlanması |
Dövlət əmlakından istifadəyə nəzarətin normativ bazasının formalaşdırılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
3.8. |
Daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsi vəziyyətinin araşdırılması və onun nəticələri üzrə zəruri tədbirlərin həyata keçirilməsi |
Dövlət əmlakından istifadəyə nəzarətin təmin edilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007-2010 |
3.9. |
Dövlət əmlakının və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitin) girov (ipoteka) qoyulmasına nəzarətin həyata keçirilməsi |
Dövlət əmlakının qorunub saxlanılmasına nəzarətin yaxşılaşdırılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
3.10. |
Dövlət əmlakının sığortalanması vəziyyətinin təhlili və onun təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması |
Dövlətin əmlak mənafelərinin qorunmasının yaxşılaşdırılması |
Maliyyə Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi |
2007-2008 |
3.11. |
Dövlət müəssisə və təşkilatlarının, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin balansında olan əmlakın qorunub saxlanılması və səmərəli istifadə edilməsinə nəzarətin həyata keçirilməsi qaydalarının hazırlanması |
Dövlət əmlakının qorunub saxlanılmasına və istifadə edilməsinə monitorinq sisteminin yaradılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
4. Daşınmaz dövlət əmlakının icarəyə və istifadəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi |
||||
4.1. |
Dövlət müəssisələrinin və özəlləşdirilən müəssisələrin yerləşdiyi dövlət torpaq sahələri haqqında məlumat bankının yaradılması |
Torpaq sahələrinin idarə edilməsinin informasiya bazasının formalaşdırılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007 |
4.2. |
Dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət mexanizmlərinin yaradılması |
Torpaq sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007 |
4.3. |
Daşınmaz dövlət əmlakının icarəyə verilməsinin monitorinqi, əmlakın icarəyə verilməsi praktikasının təhlili və müvafiq təkliflərin hazırlanması |
Daşınmaz dövlət əmlakının istifadəsinə nəzarətin gücləndirilməsi və icarəyə verilməsi qaydalarının təkmilləşdirilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007 |
4.4. |
Daşınmaz dövlət əmlakının obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi qaydalarının tətbiq edilməsi |
Dövlət əmlakına sərəncam verilməsində şəffaflığın təmin edilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007 |
4.5. |
Daşınmaz dövlət əmlakının istifadə təyinatının dəyişdirilməsinə dair müraciətlərə baxılması və razılıq verilməsi qaydalarının hazırlanması |
Daşınmaz dövlət əmlakından istifadəyə nəzarətin təmin edilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
4.6. |
Başa çatdırılmamış tikinti obyektlərinin təyinatının saxlanması hallarında investorlara güzəştli şərtlərin tətbiq edilməsi qaydalarının hazırlanması |
Özəlləşdirmənin gedişinin sürətləndirilməsi və istifadəsiz qalan əmlakın təsərrüfat dövriyyəsinə cəlb edilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
4.7. |
Dövlət müəssisələrinin və dövlət əmlakının idarə edilməsi sahəsində idarəetmə kadrlarının, menecerlərin hazırlanması məqsədi ilə dövlət orqanlarının, müəssisə və təşkilatların işçiləri üçün seminar və treninqlərin təşkili |
Dövlət əmlakının idarə edilməsinin kadr təminatının yaxşılaşdırılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007-2010 |
5. Təsərrüfat cəmiyyətlərində dövlətə məxsus payların və səhm zərflərinin idarə edilməsinin təkmilləşdirilməsi |
||||
5.1. |
Dövlətə məxsus səhm zərfi olan açıq səhmdar cəmiyyətinin idarəetmə orqanlarında dövlətin nümayəndələrinin təyin edilməsi və fəaliyyət qaydalarının təkmilləşdirilməsi |
Dövlətə məxsus səhm zərflərinin idarə edilməsinin təşkilinin yaxşılaşdırılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
5.2. |
Dövlətə məxsus səhm zərflərinin müqavilə əsasında idarəetməyə verilməsi məqsədəuyğun sayılan səhmdar cəmiyyətlərinin müəyyən edilməsi |
Ayrı-ayrı səhmdar cəmiyyətlərində dövlətə məxsus səhm zərflərinin idarə edilməsinin səmərəliliyinin yüksəldilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007-2010 |
5.3. |
Müəssisələrin yeni mülkiyyətçiləri tərəfindən investisiya qoyuluşlarını stimullaşdırmaq məqsədi ilə orta və iri dövlət müəssisələrinin çevrilməsi əsasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin özəlləşdirilməsi üsullarının təkmilləşdirilməsi |
Səhmdar cəmiyyətlərinin özəlləşdirmədən sonra fəaliyyətinin canlandırılmasına kömək göstərilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007-2008 |
5.4. |
Dövlətə məxsus səhm zərflərinə olan potensial tələbi aşkara çıxarmaq üçün marketinq tədqiqatlarının həyata keçirilməsi |
Özəlləşdirməyə investorların cəlb edilməsi imkanlarının müəyyən edilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007-2010 |
5.5. |
Dövlətə məxsus səhmlərə (paylara) görə dividendlərin hesablanması və ödənilməsinə nəzarətin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması |
Dövlətə məxsus səhm zərfindən səmərəli istifadənin stimullaşdırılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi |
2007 |
5.6. |
Dövlətə məxsus səhm zərfinin idarə edilməsi üzrə treninqlərin təşkili |
Dövlət əmlakının idarə edilməsinin kadr təminatının yaxşılaşdırılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007-2010 |
6. Dövlət müəssisələrində institusional dəyişikliklərin sürətləndirilməsi |
||||
6.1. |
Müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyasına dövlət köməyi mexanizminin hazırlanması |
Müəssisələrin özəlləşdirməqabağı hazırlığına dövlət köməyinin qanunvericilik bazasının inkişaf etdirilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
6.2. |
Sağlamlaşdırılma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi üçün müəssisələrin siyahılarının hazırlanması |
Müəssisələrin özəlləşdirməqabağı hazırlığının həyata keçirilməsi və özəlləşdirmənin səmərəli gedişinə təminat yaradılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007-2010 |
6.3. |
Müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası proqramlarının hazırlanması və razılaşdırılması |
Müəssisələrin özəlləşdirməqabağı hazırlığının təşkili |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007-2010 |
6.4. |
Qaz təchizatı sistemində restrukturizasiyanın həyata keçirilməsi, qazpaylayıcı şəbəkələrin idarəetməyə verilməsi barədə təkliflərin hazırlanması |
Qaz təchizatı sistemində dövlət əmlakından istifadənin səmərəsinin yüksəldilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyri, «Azəriqaz» QSC |
2007-2008 |
6.5. |
Su təchizatı sistemində restrukturizasiyanın həyata keçirilməsi barədə təkliflərin hazırlanması |
Su təchizatı sistemində dövlət əmlakından istifadənin səmərəsinin yüksəldilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, «Azərsu» SC |
2007-2008 |
6.6. |
İstilik təchizatı sisteminin restrukturizasiyasının həyata keçirilməsi barədə təkliflərin hazırlanması |
İstilik təchizatı sistemində dövlət əmlakından istifadənin səmərəsinin yüksəldilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, «Azəristiliktəchizat» SC |
2007-2008 |
6.7. |
Mənzil-kommunal təsərrüfatı sistemində restrukturizasiyanın həyata keçirilməsi barədə təkliflərin hazırlanması |
Mənzil-kommunal təsərrüfatı sektorunda idarəetmənin səmərəliliyinin yüksəldilməsi və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması |
İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti |
2007-2008 |
6.8. |
Özəlləşdirmədən sonra müəssisələrə məsləhət xidmətlərinin təşkili və kadr hazırlığı sahəsində kömək tədbirlərinin həyata keçirilməsi |
Özəlləşdirilmiş müəssisələrin səmərəli fəaliyyətinin təmin edilməsinə kömək göstərilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2007-2010 |
6.9. |
Dövlət müəssisələrinin özəlləşdirilməsinə əlavə investisiyaların cəlb edilməsinə dair təkliflər zərfinin hazırlanması |
Özəlləşdirməyə cəlb edilən investisiyaların həcminin artırılması üçün əlverişli şərait və stimul yaradılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007 |
6.10. |
Özəlləşdirmə prosesinə qiymətləndiricilərin, hüquqi və maliyyə məsləhətçilərinin cəlb edilməsi |
Özəlləşdirmənin səmərəli həyata keçirilməsinə və şəffaflığının təmin edilməsinə şərait yaradılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007-2010 |
6.11. |
Dövlət əmlakının idarə edilməsi sahəsində təcrübə və informasiya mübadiləsi üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması |
İqtisadiyyatın dövlət sektorunda idarəetmənin və əmlakdan istifadənin səmərəliliyin artırılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi |
mütəmadi |
6.12. |
Dövlət əmlakının özəlləşdirilməsi haqqında informasiyaların dolğunluq və etibarlılıq səviyyəsinin yüksəldilməsi |
Özəlləşdirmədə şəffaflığın yüksəldilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007-2010 |
7. Müəssisələrin özəlləşdirmədən sonrakı inkişafına nəzarət mexanizminin formalaşdırılması |
||||
7.1. |
Dövlət əmlakının satışı və uzunmüddətli idarəetməyə verilməsi üzrə müqavilə şərtlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi |
Öhdəliklərin yerinə yetirilməsinə dövlət nəzarəti şərtlərinin müqavilədə əks etdirilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
mütəmadi |
7.2. |
Dövlət əmlakının özəlləşdirilməsi və uzunmüddətli idarəetməyə götürülməsi ilə bağlı qəbul edilmiş investisiya qoyuluşları və sosial məsələlər üzrə öhdəliklərə əməl edilməsi monitorinqinin aparılması |
Müəssisələrin özəlləşdirmədən sonrakı inkişafına nəzarətin həyata keçirilməsi |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2007-2010 |
7.3. |
Dövlət əmlakının özəlləşdirilməsi və uzunmüddətli idarəetməyə götürülməsi ilə bağlı qəbul edilmiş investisiya qoyuluşları və sosial məsələlər üzrə öhdəliklərə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müqavilə əsasında auditorların və mütəxəssislərin cəlb edilməsinin təşkili |
Özəlləşdirmədən sonra müəssisələrin inkişafına nəzarətin səmərəli təşkili |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Auditorlar Palatası |
2007-2010 |
7.4. |
Özəlləşdirmədən sonra müəssisələrin inkişafını və fəaliyyət istiqamətlərini əks etdirən kataloqların hazırlanması |
Müəssisələrin özəlləşdirmədən sonrakı inkişafı barədə ictimaiyyətə məlumatların çatdırılması |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, özəlləşdirilmiş müəssisələr |
2007-2010 |