Növbəti hərracda 12 dövlət əmlakı özəlləşdirilib

Növbəti hərracda 12 dövlət əmlakı özəlləşdirilib 30.01.2019 16:25

Özəlləşdirmə və hərraclarla bağlı aparılan geniş təbliğat işləri prosesə olan marağı daha da artırıb. Əhali arasında aparılan maarifləndirmə işləri artıq öz nəticəsini verməkdədir. Beləki, budəfəki hərrac da rəqabətli şəkildə keçib. Hərrac zamanı Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsinə sahib olmaq üçün bir neçə şəxs arasında rəqabət yaranıb. İnvestorlar üçün yaradılan rahat, şəffaf şərait rəqabəti daha da artırır. 

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində yerləşən “Smena” kinoteatrı olub. Həmin əmlakın torpaq sahəsi 604 kv.m, ümumi faydalı sahəsi isə 519 kv.m təşkil edir.

Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi müvafiq olaraq Gəncə şəhərində və Ağdaş rayonunda yerləşir.

Bakı üzrə hərracda özəlləşdirilmiş 7 istifadəsiz qeyri-yaşayış sahəsinin 2-si Yasamalda, 2- si Xətaidə digərləri isə müvafiq olaraq Nizami, Suraxanı və Nəsimi rayonlarında yerləşir.  Özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsinin biri isə Gəncə şəhərindədir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 137 kv.mdir. Budəfəki hərracda  özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 17 kv.m.-dən 71 kv.m arasında dəyişib. 

Hərracda özəlləşdirilən nəqliyyat vasitəsinə isə müvafiq olaraq ən son 5200 və 3500 manat təklif edilib,

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir.  Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var.  Qeyd edilməlidir ki, portaldan istifadə edənlərin sayı  700  mindən artıqdır.

Hərrracların keçirilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur. Beləki, proses ölkədə özəlləşdirməni sürətləndirir, iri və orta portfelli sahibkarlığın inkişafına dəstək verir. Eləcə də, müxtəlif iqtisadi sahələrdə, o cümlədən pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat, xidmət və sair sahələrin canlanmasına və inkişafına təkan olur. Belə müəssisələr və obyektlərdə fəaliyyət yenidən daha müasir şərtlərlə bərpa edilir. Bu isə paytaxtla yanaşı regionlarda yeni iş yerlərinin açılmasına səbəb olur. 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Elektron hərracın tətbiqi də özəlləşdirmənin daha da sürətlənməsinə imkan verir. Beləki, elektron hərracın istifadəyə verilməsi yerli və xarici investorların işini rahatlaşdırmaqla prosesə olan marağı artırır. Bununla ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb  dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilirlər.

Ümumilikdə hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, prosedurların sadələşdirilməsi, şəffaflığın təmin olunması investorların cəlb edilməsinə istiqamətlənib. 

Əmlak Məsələləri Dövlət Komitəsi qeyri yaşayış sahələrinin müsabiqə vasitəsi ilə icarəyə verilməsi istiqamətində də fəaliyyətini davam etdirir. Məqsəd dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin hüquqi əsas olmadan istifadəsinin qarşısının alınması, dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmaların artırılmasıdır.