Bərdə, Goranboy, Lerik, Salyan kimi rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Hərraca “Şəki Tikinti Quraşdırma”, “Oğuz Kəndkimya”, “Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətlərin 30% ilə 45% intervalında olan səhm paketləri çıxarılıb.
İnvestorlar üçün yeni biznes imkanları yaradan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2634 kv.m arasındadır. Bu dövlət obyektləri paytaxtla bərabər ölkənin müxtəlif şəhər və rayonlarında yerləşir. Sərmayəçilər biznes planlarına uyğun ticarət, turizm, ictimai iaşə və digər xidmət obyektləri üzrə seçim edə bilər. Dövlət əmlaklarından biri Yevlax şəhəri, S.C.Pişəvəri küçəsindədir. Əvvəllər mehmanxana kimi fəaliyyət göstərən müəssisənin ümumi faydalı sahəsi 1562.6 kv.m, birlikdə özəlləşdirildiyi torpaq sahəsi isə 2835.8 kv.m-dir. Yeni biznesə başlayanlar üçün maraqlı olan ticarət obyektləri paytaxtda, İmişli, Masallı, Gəncə kimi şəhər və rayonlarda yerləşir.
Özəlləşdirməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12.5 kv.m və 213.7 kv.m arasındadır. Bu növ dövlət əmlaklarından 8-i Bakıda, 4-ü Sumqayıtda, 2-si Daşkəsəndə digərləri isə Sabirabad, Bərdə və Tərtər rayonlarındadır. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsi paytaxtın Xətai rayonu, R.Məmmədov küçəsindədir. Vətəndaş 2 min 500 manat beh ödəyərək xidmət və ofis obyekti kimi fəaliyyətə imkan verən dövlət əmlakının hərracında iştirak edə bilər.
2007-ci ildə istehsal olunan avtomobillər Qaz və Uaz markalarına aiddir. Qeyd edək ki, bu nəqliyyat vasitələrinin ilkin satış qiymətləri 1800 manat və 3 min 500 manatdır.
Vətəndaşlar hərraca çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək və onlayn sifariş vermək üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. İştirakçılar və prosesə marağı olan şəxslər açıq hərraclara həm məkana gəlməklə, həm də onlayn formada qoşula bilər.