Bu həftə sosial əhəmiyyətli aksiya paytaxtın Kürdəxanı qəsəbəsində keçiriləcək. Kampaniyadan istifadə etmək istəyən vətəndaşlar 04-08 mart tarixlərində, saat 09:00-dan 17:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəsi 7 (Qəsəbə nümayəndəliyinin qarşısı) ünvanındakı səyyar ofisə yaxınlaşa bilər.
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə bərabər, hüquqi xidmətlər də göstərilir. Komitənin fəaliyyəti ilə bağlı vətəndaşları maraqlandıran məsələlər eləcə də, xidmət haqqı və dövlət rüsumları barədə suallar mütəxəssislər tərəfindən cavablandırılır. Belə aksiyalar ölkə üzrə qeydiyyata alınmış daşınmaz əmlakların sayının artmasına şərait yaradır, vətəndaşların mülkiyyət hüquqlarından daha geniş formada istifadəsini təmin edir.