19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi 19.03.2019 10:57

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrinə Şamaxıdakı Qaleybuğurd Yardımçı Kənd Təsərrüfatı, Şirvan şəhərindəki Mexanizasiya Sahəsi və digər dövlət obyektləri aiddir. Qeyd edək ki, bu dövlət əmlakları torpaq sahələri ilə birgə özəlləşdirildi. Mingəçevir şəhəri, Gəncə şosesindəki kiçik dövlət müəssisəsinin ümumi faydalı sahəsi 203.4 kv.m-dir. Adıçəkilən dövlət əmlakı müxtəlif xidmət sahələri üzrə investora gəlir qazandıra bilər.

 Qeyri-yaşayış sahələri isə paytaxtda və Daşkəsən şəhərində yerləşir. Xətai  rayonu, Neapol küçəsindəki bu növ dövlət obyektinin ümumi faydalı sahəsi 133.8 kv.m-dir. Daşkəsən şəhəri, Mədənçilər qəsəbəsindəki qeyri-yaşayış sahəsinin isə ümumi faydalı sahəsi 43.7 kv.m-dir. Özəlləşən nəqliyyat vasitələrindən birinin buraxılış tarixi 2007-ci ildir. QAZ-3102 markalı bu avtomobilə ümumilikdə 4 sifariş verilmişdir.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 27 mart tarixində keçiriləcək. Hərraca ümumilikdə 96 dövlət əmlakı çıxarılıb. Bu dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir. Özəlləşməyə çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.