Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Astarada vətəndaş qəbulu keçirib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Astarada vətəndaş qəbulu keçirib 30.01.2019 16:25

Sədr komitənin səlahiyyətlərinə aid olan bir sıra vətəndaş müraciətlərinin dərhal həlli üçün müvafiq  tapşırıq və göstərişlərini verib. Eyni zamanda, vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı hüquqi tələblər izah edilib və məsləhətlər verilib. Qəbulda araşdırılması tələb olunan müraciətlər qeydiyyata alınıb. Vətəndaşlara müraciətlərin nəticələri barədə məlumatın veriləcəyi bildirilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və həmin qurumlara yönəldiləcəyi bildirilib.

Komitə sədri əvvəlcədən qəbula yazılmayan və qəbul günü birbaşa müraciət edən bir sıra vətəndaşın müraciətinə baxıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

Vətəndaşların rahatlığının təmin edilməsi üçün Astarada keçirilən qəbulla bağlı kütləvi informasiya vasitələrində əvvəlcədən müvafiq elanlar və zəruri məlumatlar verilib.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri bu ilin əvvəlindən etibarən Lənkəran, Ucar, Mingəçevir, Tovuz, Quba və Qəbələdə vətəndaş qəbulları keçirib. 2014-cü ilin 6 ayı ərzində keçirilmiş 6 vətəndaş qəbulunda 200-ə yaxın vətəndaşın müraciətinə baxılıb.

Komitə sədri tərəfindən respublikanın şəhər və rayonlarında belə vətəndaş qəbullarının keçirilməsi qarşıdakı aylarda da davam etdiriləcəkdir.