Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Məlumatı

  Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Məlumatı 30.01.2019 16:25

Müsabiqədə iştirak etmək üçün üç sifarişçi tərəfindən ərizə və müsabiqə təklifləri təqdim edilmişdir. Müsabiqəyə çıxarılmış obyektin balanssaxlayıcısının və yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndələrinin də daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən hər üç sifarişçi iştirakçı statusunu əldə etmişdir.

Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərinə 03 oktyabr 2017-ci  il tarixində baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul etmişdir. Səsvermənin nəticələrinə uyğun olaraq fiziki şəxs müsabiqənin qalibi elan edilmişdir.

Müsabiqənin şərtlərinə müvafiq olaraq, müsabiqə qalibi 250 (iki yüz əlli) manat məbləğində aylıq icarə haqqının köçürülməsinin, habelə bağlanılacaq icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinin, balanssaxlayıcının hesabına köçürüləcək kommunal xərclərinin və digər ödəmələrin vaxtlı-vaxtında köçürülməsinin təmin edilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda müsabiqə qalibi tərəfindən icarəyə götürülən obyektin təyinatı üzrə istifadə edilməsi, eləcə də obyektin xarici görünüşünün və konstruktiv elementlərinin qorunub saxlanılması da təmin ediləcəkdir.