“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Binəqədi qəsəbəsində davam edəcək

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Binəqədi qəsəbəsində davam edəcək 08.04.2019 07:58

Rahatlıq və məmnuniyyət prinsiplərinə yönələn səyyar aksiya bu həftə Binəqədi qəsəbəsində davam edəcək. Daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq istəyən qəsəbə sakinləri 8-12 aprel tarixlərində saat 09:00-dan 17:00-dək səyyar xidmət ofisinə müraciət edə bilər. Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi 36 (Qəsəbə İcra Nümayəndəliyinin inzibati binasının qarşısında) ünvanındakı mobil ofislərdə yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklar ilə bağlı qeydiyyat xidmətləri göstəriləcək. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı  vətəndaşları maraqlanırdıran bütün suallar cavablandırılır, onlara hüquqi yardım göstərilir.