Komitə tərəfindən növbəti sosial aksiya Abşeron rayonunun Novxanı qəsəbəsində keçiriləcək. Səyyar qeydiyyat avtobusu may ayının 20-dən 24-dək, Abşeron rayonu, Novxanı qəsəbəsi, İlqar Abdullayev küçəsi, 8 ünvanında (Poliklinika binasının qarşısında) olacaq. Xidmətlərdən yararlanmaq istəyən şəxslər saat 09:00-dan 17:00-a qədər mobil ofisə yaxınlaşa bilər.
Eyni anda daha çox sakinin xidmətlərdən istifadəsini təmin edən sosial aksiya ilə fərdi yaşayış evləri, torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə yanaşı, plan-sxemin, texniki pasportların tərtibi xidmətləri də göstərilir. Eyni zamanda, səyyar ofisə yaxınlaşan sakinlərə elektron çıxarışlar barədə məlumat verilir, suallar cavablandırılır.
Qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı prosesini sürətləndirən belə kampaniyalar ölkə üzrə müxtəlif kənd və qəsəbələrdə keçirilir. Bununla hər bir vətəndaşın mülkiyyət hüququnu daha rahat həyata keçirməsi təmin edilir.