Bununla yanaşı sərginin 2-ci günü, 29 noyabr 2017-ci il tarixində Baku Expo Mərkəzində “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans təşkil ediləcək. Tədbir saat 13:30-da başlayacaq. Məqsəd daşınmaz əmlak idarəçiliyi, o cümlədən ölkəmizdə daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində xarici ölkələrin aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulmasıdır
Konfransda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov, Belarus Respublikası Dövlət Əmlak Komitəsinin sədri cənab Andrey Qayev, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirliklərinin, aidiyyatı dövlət qurumlarının nümayəndələri, eləcədə bələdiyyələr və mərkəzi icra hakimiyyəti orqanlarından 100-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur.
Tədbirə bütün Kütləvi İnformasiya vasitələrinin nümayəndələrinin girişi sərbəstdir.
Əlaqə telefonları: (012) 490-24-72, (050) 235-30-33