İyulun 25-i saat 09:30-da “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” adlı konfrans keçiriləcək. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri cənab Ülvi Mehdiyev, İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav, Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması işlərini həyata keçirən “Ofek Aerial Photography” şirkətinin rəhbərliyi və nümayəndələri, jurnalistlər iştirak edəcəklər.
Məqsəd Milli məkan məlumatları infrastrukturunun formalaşdırılması, idarə olunması, aktuallığının təmin edilməsi, inteqrasiyası və mühafizəsi ilə bağlı işləri daha da təkmilləşdirmək, sistemin yaradılması ilə əlaqədar qarşılıqlı əməkdaşlığı genişləndirmədir.
Tədbir iyulun 25-i saat 09:30-da “Bulvar” oteli, Tağıyev 1 zalında baş tutacaq.
Konfransda iştirak etmək istəyənlər üçün əlaqə nömrəsi : 050-235-30-33