Əmlak Məsələləri Dövlət Komitəsində “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib 30.01.2019 16:25

Qeyd edilib ki, xal­qı­mı­zın inad­lı tə­lə­bi­nə bax­ma­ya­raq, 1993-cü ilə ki­mi öl­kə­mi­zə rəh­bər­lik edən şəxslər­dən heç bi­ri 20 Yan­var fa­ci­ə­si­nə hü­qu­qi-si­ya­si qiy­mə­tin ve­ril­mə­si üçün təd­bir gör­mə­di. Məhz ilk ola­raq Ümummilli Lider Hey­dər Əli­ye­vin qə­tiy­yə­ti, cə­sa­rə­ti və müd­rik­li­yi sa­yə­sin­də 20 Yan­var ha­di­sə­lə­ri­nə əsl si­ya­si-hü­qu­qi qiy­mət ve­ril­di. Ulu Ön­də­r Hey­dər Əli­yev bü­tün təz­yiq­lə­rə və tə­qib­lə­rə bax­ma­ya­raq, xal­qın fa­ci­ə­si­ndə mə­su­liy­yət da­şı­yan­la­rı bü­tün dün­ya­nın gö­zü qar­şı­sın­da it­ti­ham et­di. Diqqətə çatdırılıb ki, to­ta­li­tar re­ji­min rep­res­si­ya ma­şı­nı­nın sərtlik­lə işə düş­dü­yü bir za­man­da keç­miş SSRİ və res­pub­li­ka rəh­bər­li­yi­ni, ha­di­sə­yə gö­rə kəs­kin it­ti­ham et­mək bö­yük risk idi. Bu­na bax­ma­ya­raq, ulu ön­də­ri­miz Hey­dər Əli­yev Moskvadakı çı­xı­şın­da kom­mu­nist re­ji­mi­nin ger­çək si­ma­sı­nı aç­dı. Xal­qı­mı­zın su­ve­ren hü­quq­la­rı­na qəsd olun­du­ğu­nu bil­dir­di, an­nek­si­ya si­ya­sə­ti­nə qə­ti eti­ra­zı­nı ifa­də et­di.

Vurğulanıb ki, bu gün də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­yev Ulu Ön­də­ri­mi­zin si­ya­sə­ti­ni la­yi­qin­cə da­vam et­di­rir. Be­lə ki, döv­lət baş­çı­sı tə­rə­fin­dən 1990-cı il yan­var ayın­da fa­ci­ə­li ha­di­sə­lər za­ma­nı Azər­bay­can Res­pub­li­ka­sı­nın su­ve­ren­li­yi uğ­run­da hə­lak olan­la­rın əziz xa­ti­rə­si da­im yad edi­lir. Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­denti cə­nab İl­ham Əli­yev tərəfindən şə­hid ai­lə üzvlə­ri­nin so­si­al mü­da­fi­ə­si­ni güc­lən­dir­mək və on­la­ra döv­lət qay­ğı­sı­nı ar­tır­maq məq­sə­di­lə mü­va­fiq Fər­manla  "20 Yan­var şə­hi­di­nin ai­lə­si üçün Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin tə­qa­ü­dü" tə­sis edilmişdir.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Keç­miş SSRİ rəh­bər­li­yi­nin Azər­bay­can xal­qı­nın de­mok­ra­ti­ya və müstəqillik uğ­run­da mü­ba­ri­zə­si­ni boğ­maq məq­sə­di da­şı­yan bu aman­sız hə­rə­kə­ti nə­ti­cə­sin­də 1990-cı il yan­va­rın 19-dan 20-nə ke­çən ge­cə Ba­kı­da gö­rün­mə­miş vəh­şi­lik­lə­rə yol ve­ril­di - gü­nah­sız in­san­lar, o cüm­lə­dən uşaq­lar, qo­ca­lar və qa­dın­lar qət­lə ye­ti­ril­di, yüz­lər­lə adam müx­tə­lif də­rə­cə­li bə­dən xə­sa­rə­ti al­dı. 20 Yan­var­dan son­ra­kı gün­lər­də də Ba­kı­da qır­ğın da­vam et­di­ril­di. So­vet qo­şun­la­rı­nın tə­ca­vü­zü nə­ti­cə­sin­də Ba­kı­da 134 mül­ki və­tən­daş öl­dü­rül­müş, 600-dən çox adam ya­ra­lan­mış­dı. Öl­dü­rü­lən­lər ara­sın­da beş mil­lə­tin nü­ma­yən­də­lə­ri, 20-dən çox qa­dın, uşaq var idi.

Ancaq buna baxmayaraq 20 Yan­var gü­nü xal­qı­mı­zın mil­li dövlətçilik uğ­run­da şə­hid­li­yə ha­zır­lıq ru­hu­nun və ye­nil­məz ira­də­si­nin rəm­zi­dir. Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi Azərbaycanı müstəqilliyə aparan yol oldu. Tə­pə­dən dır­na­ğa qə­dər si­lah­lan­mış im­pe­ri­ya or­du­su­nun cə­za təd­bir­lə­ri mil­lə­ti­mi­zin haqq sə­si­ni bo­ğa bil­mə­di. Ək­si­nə, yum­ruq ki­mi bir­lə­şən xal­qı­mız öz eti­ra­zı­nı, nif­rə­ti­ni da­ha uca­dan bə­yan et­di. Beləliklə 20 Yanvar hadisələri ölkəmizin müstəqillik və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səlnaməsi kimi daxil oldu.

Tədbirdə qeyd olunub ki, gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir, ordumuz güclənir. Bütün bunlar isə torpaqlarımızın erməni işğalından azad ediləcəyi günü yaxınlaşdırır. Şəhidlərin müqəddəs qanının yerdə qalmaması üçün hər bir azərbaycanlı öz üzərində daim çalışmalı, Vətənə layiqli övlad olmaq üçün bütün qüvvə və bacarığını əsirgəməməlidir. Yalnız bu halda əziz şəhidlərimizin ölməz ruhları qarşısındakı mənəvi borcumuzu yerinə yetirmiş olarıq.

 Azər­bay­can xal­qı 20 Yan­var şə­hid­lə­ri­nin xa­ti­rə­si­ni da­im əziz tu­ta­caq, on­la­rın fə­da­kar­lıq­la­rı xal­qın yad­da­şın­dan heç za­man si­lin­mə­yə­cək.