Komitə tərəfindən növbəti belə bir hərrac 23 yanvar tarixində keçirilib. Hərracda özəlləşdirilən əmlaklar kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsidir. Həmin obyektlərin fəaliyyətini genişləndirməklə yaxşı qazanc əldə etmək mümkündür. Belə əmlaklardan olan 2 saylı hamam xidmət sahəsində gəlirlidir. Adı çəkilən əmlak Göygöl şəhərində yerləşir, ümumi faydalı sahəsi 500 kv.m-ə yaxın, torpaq sahəsi isə 1500 kv.m-dən çoxdur. Qeyd edilməlidir ki, obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Özəlləşən əmlaklardan paytaxtın Sabunçu rayonunda yerləşən 4 saylı sahə də əlverişli obyektlərdəndir. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min kv.m-dən çox, torpaq sahəsi isə 4 min 500 kv.m-ə yaxındır.
Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahəsi Kürdəmir rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 133,2 kv.m təşkil edir.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
Qeyd edilməlidir ki, prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var.
Hərracın keçirilməsində məqsəd dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması, əmlaklara investsiyaların cəlb edilməsidir. Özəlləşdirilən iri, orta və kiçik portfelli müəssisələrə, qeyri-yaşayış obyektlərinə müxtəlif həcmdə investisiyalar yatırılır. Onlar biznesə cəlb olunur və ya digər qanunla icazə verilmiş gəlir mənbələrinə çevrilir. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə yeni işçilər cəlb edilir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə öz müsbət təsirini göstərmiş olur. Mühüm üstünlük isə hərracda satılan əmlaklara qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarışın verilməsidir.
Özəlləşməyə çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.
Unikallığı ilə seçilən Elektron hərracın köməyi ilə də özəlləşdirilmə prosesi daha da sürətlənir. Bununla istənilən şəxs, ölkə daxilində və ya xaricində, işdə, evdə və ya istirahətdə olmasından asılı olmayaraq istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir. Qoşulmaq üçün də prosedurlar olduqca sadədir. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz məbləğində behi ödəyir. Behi ödənildikdən sonra istifadəçiyə Təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir.
Hərraca qatılmayan şəxslər də internet vasitəsilə hərracı canlı olaraq izləyə bilərlər. Bunun üçün https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə daxil olmaq lazımdır.