Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi 27 sentyabr tarixində vətəndaş qəbulu keçirəcəkdir.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 27 sentyabr 2019-cu il tarixində Bərdə rayonunda həmin rayonun sakinlərini fərdi qaydada qəbul edəcək. Komitə sədri tərəfindən qəbul saat 10:00-da Bərdə şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında keçiriləcək. Həmin gün Komitənin sədr müavini Rafiq Cəlilov Ağdam rayonunda vətəndaşlarla görüşəcək. Komitə sədrinin müavini tərəfindən keçiriləcək qəbul saat 10:00-da Ağdam rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin
office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65
Əmlak Məsələləri Dövlət Komitəsinin Bərdə ərazi şöbəsi:
(02020) 5-27-77, (02020) 5-28-09
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi:
(02020) 5-56-05, (02632) 5-07-65