Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi bölgələrdə vətəndaş qəbulu keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi bölgələrdə vətəndaş qəbulu keçirəcək 29.11.2019 12:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şirvan şəhəri, Sabirabad və Neftçala rayonlarında vətəndaş qəbulu keçirəcək. Vətəndaş qəbulu 30 noyabr tarixində saat 10:00-da Sabirabad və Neftçala rayonlarında, saat 12:00-da isə Şirvan şəhərində keçiriləcək. Qəbullar regionlarda yerləşən Heydər Əliyev Mərkəzlərində baş tutacaq.

Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.

Qəbulda yuxarıda qeyd olunan rayondan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65

Əmlak Məsələləri Dövlət Komitəsinin Şirvan ərazi şöbəsi:

           (02121) 5-27-98, (02121) 5 45 70

           Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi:

           (02121) 5-52-45, (02123) 5-62-47