Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə martın 3-də növbəti hərrac keçirilib. Ayın ilk hərracında nəqliyyat vasitələri rəqabətli mühitdə özəlləşdirilib. Buraxılış tarixləri 2000-2009-cu illər olan bu avtomobillər Nissan, Skoda, Volkswagen, Chevrolet və digər markalara aiddir. Nissan Sunny markalı nəqliyyat vasitəsi üçün ilkin qiymət 6 min manat təyin edilsə də, hərrac iştirakçıları arasında rəqabət dövlət əmlakının son qiymətini 8 min 920 manata yüksəldib.
Hərraca çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər rəsmi sayta (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Keçirilən hərraclara sifarişçilər ilə yanaşı, digər şəxslər də həm onlayn, həm də məkana gələrək canlı formada qoşula bilər. Özəlləşmədə onlayn iştirak üçün hərrac keçirilən vaxt e-emdk.gov.az portalından “Elektron hərrac” bölməsinə daxil olmaq kifayətdir.