Yeni tikilən binalardakı mənzillərə çıxarış verilməsi davam etdirilir

Yeni tikilən binalardakı mənzillərə çıxarış verilməsi davam etdirilir 27.07.2020 12:32

Bakı şəhərində istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillərin elektron çıxarışla təmin olunması davam etdirilir. «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu iyulun 28-də Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında, iyul 30-da isə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 41,43 ünvanında keçiriləcək.

İyulun 24-dən bərpa olunan sənəd qəbulu prosesi çərçivəsində artıq iki ünvanda ümumilikdə 68 mənzilin sənədlərinin qəbulu aparılıb.