Növbəti səyyar sənəd qəbulu bu ünvanlarda keçiriləcək

Növbəti səyyar sənəd qəbulu bu ünvanlarda keçiriləcək 02.11.2020 09:19

İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu noyabrın 4-ü Xətai rayonu, M.Hadi küçəsi, 2944A (Yeni ünvan sisteminə görə Xətai rayonu, Çingizxan Kərimov küçəsi, 92), noyabrın 6-da isə Xətai rayonu, G.Şıxlınski küçəsi 2942b (Yeni ünvan sisteminə görə Xətai rayonu, G.Şıxlinski küçəsi, 92) ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbul aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.