Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Kütləvi İnformasiya Vasitələrinin nəzərinə! 30.01.2019 16:25

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən torpaq idarəçiliyi sahəsində həyata keçirilən uğurlu islahatlar, Azərbaycanda bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyinin elmi-praktiki əsaslarının tədqiq edilməsi, ölkənin  kadastr uçot sisteminin modernləşdirilməsi, bu istiqamətdə təkliflərin hazırlanması barəsində məruzə və çıxışlar dinləniləcək, geniş müzakirələr aparılacaqdır. Bundan başqa torpaq inzibatçılığı sahəsində həyata keçirilən işlərin daha da təkmilləşdirilməsi yönündə elm adamları ilə birgə fikir mübadiləsi aparılacaq. Bundan başqa torpaq idarəçiliyi sahəsində elmi yanaşmaların praktiki fəaliyyətdə tətbiq edilməsinin optimal həlli istiqamətləri axtarılacaq.

Torpaq idarəçiliyi və kadastr sahəsində elmi-tədqiqat işləri aparan gənc alimlərin, doktorantların və magistrantların ən yaxşı elmi işi üzrə açıq müsabiqə elan ediləcək. Məqsəd torpaq idarəçiliyi və kadastr sahələrində istehsalat və xidmət üzrə fəaliyyətlərin keyfiyyətinin elmi əsaslarla inkişafına dair istiqamətləri müəyyənləşdirməkdən, əldə edilən elmi nəticələrin praktiki məsələlərdə istifadə edilməsindən, bu sahədə alim və tədqiqatçıların innovativ məlumat bankının yaradılmasına təkan verməkdən ibarətdir.

Konfrans 07 may, 2018-ci il tarixində, saat 09:15-də “Four Seasons Hotel Baku” otelinin (Bakı şəhəri, Neftçilər Prospekti,1) “Rast” zalında keçiriləcəkdir.