Mayın 4-də keçiriləcək hərraca 62 dövlət əmlakı çıxarılacaq

Mayın 4-də keçiriləcək hərraca 62 dövlət əmlakı çıxarılacaq 10.04.2021 15:07

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 4 may tarixində təşkil ediləcək. Hərraca 62 dövlət əmlakı çıxarılacaq. Bunlardan  40-ı səhmdar cəmiyyəti, 22-si kiçik dövlət müəssisəsi və istifadəsiz qeyri-yaşayış binasıdır. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3fIBdz1, https://bit.ly/31Kztgj, https://bit.ly/3unbPmn)

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də  Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.